Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Alibaba"nın qurucusu Çinə qayıdıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Alibaba"nın qurucusu Çinə qayıdıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Alibaba" şirkətinin qurucusu və Çinin ən tanınmış sahibkarlarından biri olan Jack Ma Çinə qayıdıb.

Marja xəbər verir ki, bu barədə "Reuters" Çinin "South China Morning Post" qəzetinin nəşrinə istinadla yazır.

Çinin ən məşhur sahibkarlarından olan Ma 2021-ci ilin sonunda Çini tərk edib və o vaxtdan Yaponiya, Avstraliya və Tailandda çəkilən şəkillərdə görünüb.

O, 2020-ci ilin sonunda Çinin bazar tənzimləmə sistemini tənqid etdikdən sonra ictimaiyyətin qarşısına çıxmağı dayandırmışdı.

2020-ci ilin oktyabrında Ma Şanxay forumunda çıxış edərək Çin hakimiyyətinin maliyyə tənzimlənməsi siyasətini tənqid etmişdir. Bundan bir neçə gün sonra Çin hakimiyyəti hazırlanan "Ant Group"un IPO-larını ləğv etmişdi. İPO 37 milyard dollar olmalı idi.  Daha sonra "Alibaba" pozuntular ilə əlaqədar olaraq 2,8 milyard dollar məbləğində cərimələnmişdi. Şanxay forumu və IPO-nun ləğvindən sonra  Jack Ma ictimaiyyət qarşısında görünməyə son qoymuşdu.

27.03.2023 13:20
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18