“Azərbaycan Avrasiyanın yeni aparıcı logistik mərkəzinə çevrilir” - “Qazprombank”
Avropa və Çin arasında strateji cəhətdən əlverişli mövqedə yerləşən və inkişaf etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturuna malik Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən qurulması fonunda yeni aparıcı logistika mərkəzinə çevrilir.
Bunu Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
"Neft və qaz ixracatçısı kimi Azərbaycan yüksək karbohidrogen qiymətlərinin və tədarük zəncirlərinin yenidən qurulmasının əsas benefisiarlarından biridir. Eyni zamanda, yenidən tətbiq edilən karantin tədbirlərinin olmaması, turist axını və pul köçürmələri sayəsində, biz ölkənin qeyri-neft-qaz sektorunda iqtisadi fəallığın bərpasını müşahidə edirik”, - G.Xaydarşina bildirib.
Onun sözlərinə görə, ortamüddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsinin əsas hərəkətverici qüvvəsi Qarabağda yeni nəqliyyat və sosial infrastrukturun, sənaye parklarının və bərpa olunan enerji obyektlərinin tikintisini əhatə edən yeni layihələr olacaq.
Bundan əlavə, “Qazprombank”ın iqtisadçısı hesab edir ki, xarici böhran təzahürlərinə baxmayaraq, Azərbaycan MDB məkanında ÜDM-yə nisbətdə ən yüksək valyuta ehtiyatlarına malik ölkələrdən biridir: “Ölkənin strateji qızıl-valyuta ehtiyatları 2022-ci ildə təxminən 58 milyard ABŞ dolları (ÜDM-in 73,7 %-i) təşkil edib ki, bu da 49,5 aylıq idxalı əhatə edir.
Eyni zamanda, xarici şoklara və fiskal stimullara baxmayaraq, Dövlət Neft Fondunun (ARDNF) aktivləri rekord həddə çatıb. Yüksək karbohidrogen qiymətləri sayəsində ötən il dövlət büdcəsinə 12,7 milyard manat (7,5 milyard ABŞ dolları) transfer edilməsinə baxmayaraq, 2022-ci ildə ARDNF-nin aktivləri 8,9 % artaraq rekord səviyyəyə – 49 milyard ABŞ dollarına çatıb. Belə əhəmiyyətli artıma bu amillər təsir edib: qlobal iqtisadi canlanma kontekstində karbohidrogen bazarında müsbət dinamikanın (2022-ci ildə “Brent” neftinin orta qiyməti bir barel üçün 99 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 39,7 % çoxdur) ARDNF-nin vəsaitlərinin artırılması səbəb olması; həftəlik valyuta hərraclarında Neft Fondunun xarici valyuta satışında 22,5 % azalmanın qeydə alınması”, - G.Xaydarşina qeyd edib.
“Qazprombank”ın hesablamalarına görə, Qarabağda həyata keçirilən yeni layihələr və Azərbaycanın Avrasiya regionunda artmaqda olan logistik əhəmiyyəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempini saxlamaqla, 2024-cü ildə sonuncunun ÜDM-dəki payı 70 %-ə yaxınlaşacaq. "Bu, ölkənin müasir tarixində ən yüksək səviyyə olacaq", - o deyib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
1 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
2 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
3 saat əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
3 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Ən çox oxunanlar
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi

























