İranın 5 şirkətinə Azərbaycana məhsul satmasına qadağa qoyuldu
İranın 5, Belarusun 4 ixracatçısının ölkəmizə məhsul satmasına qadağa qoyulub.Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Marja xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində İran İslam Respublikasından idxal olunan portağal və Belarus Respublikasından gətirilən ərzaqlıq kartof məhsullarına fitosanitar baxış keçirilib və məhsullardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Aparılmış ekspertiza nəticələrinə əsasən, İran İslam Respublikasından idxal olunan portağal məhsullarında 63 halda sitrus tristeza virusu, Belarus Respublikasından idxal edilən ərzaqlıq kartof məhsullarında isə 44 halda kartof yumrularında halqavari bakterial çürümə və 1 halda kartofun qonur çürümə bakteriyası aşkar edilib.
İrandan olan ixracatçılara məxsus portağal məhsullarında aşkarlanan uyğunsuzluqlardan 20-si “Tejarat Rejal Zagros”, 15-i “Grohe Bazargani Rangin Miveh Khavarmiane”, 5-i “Armin Tejarat Tabriz”, 4-ü “Fajr Tandis Ourasia” və 4-ü “Shirin Noosh Tejarat” şirkətlərinin payına düşüb.
Belarus ixracatçılarına məxsus ərzaqlıq kartof məhsullarında aşkar olunan uyğunsuzluqlardan isə 14-ü "Совхоз Доброволец", 5-i "Восход", 3-ü “Царево”, 3-ü isə "Машпищепрод" şirkətlərinə aid olub.
Faktlarla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına və Belarus Respublikasının Kənd Təsərrüfatı və Qida Nazirliyinə bildirişlər göndərilərək baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Bunlara əsasən, agentlik tərəfindən İran İslam Respublikası və Belarus Respublikasının həmin ixracatçılarının Azərbaycana məhsul idxalına aprelin 5-dən müvəqqəti qadağa qoyulması qərara alınıb.
Qeyd edilib ki, bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı sahibkarlara xəbərdarlıq edilərək bildirilib ki, karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş məhsulların idxalını təkrar həyata keçirən şirkətlər və onları həmin məhsullarla təmin edən xarici şirkətlərin bu kimi fəaliyyətləri ölkəmizdə bitki sağlamlığının təmin olunması sahəsində ciddi təhlükə yaradır. Agentlik belə hallar aşkar olunduğu təqdirdə, bu ölkələrdən göndərilən həmin məhsulların idxalına bütövlükdə müvəqqəti məhdudiyyət tətbiq olunacağı ilə bağlı bir daha xəbərdarlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








