Azər Türk Bankdan sahibkarlara müasir E-POS
(®️) Dövlət bankı Azər Türk Bank sahibkarlara kartlarla aparılan ödənişlərin qəbulu üçün müasir ekvayrinq xidmətlərini - E-POS virtual ödəniş qəbulu terminalı təklifini davam etdirir.
E-POS xidməti ticarət və xidmət obyektlərində kartlarla aparılan ödənişlərin onlayn qaydada qəbul edən unikal vasitədir və ənənəvi “Elektron ticarət” (E-commerce) xidmətinin sadələşdirilmiş bir növüdür. Onlayn satışı müxtəlif sosial şəbəkələr və digər kanallar üzərindən həyata keçirən sahibkarlara müştəri ödənişlərinin bu xidmət vasitəsilə qəbul etmək üçün internet saytın açılması tələb edilmir.
E-POS xidmətinə qoşulan sahibkar məhsul və xidmət əldə etmək istəyən müştərilərinə onlayn ödəniş üçün istənilən sayda link (keçid) yaratmaq imkanına malik olur. Alıcı, Bank tərəfindən SMS və ya e-mail vasitəsilə göndərilən linkə daxil olmaqla, istənilən bank kartı ilə ödəməni həyata keçirir.
Eləcə də sahibkar “ATB Business” vasitəsilə link üzrə bütün ödənişlərin statusuna nəzarət edir, hesabatlar yaradır, həmçinin CASHBACK əldə edir. Bütün əməliyyatlar “3D Secure” protokolu ilə qorunur.
Xidmətdən istifadə etmək istəyən biznes nümayəndələri heç bir ödəniş etmədən, Bankın internet səhifəsində onlayn qaydada hesab açıb “ATB Business” internet-bankçılıqda qeydiyyatdan keçməklə E-POS xidmətinə qoşulmaq üçün müraciət edə bilərlər. Xidmətə qoşulma ödənişsizdir. Onu da qeyd edək ki, hesab açıldıqda Bankın əməkdaşları ödənişsiz şəkildə müştərinin ünvanına gedərək ilkin qeydiyyatı keçməkdə ona yardımçı olurlar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























