BOKT-ların mənfəəti, kredit ittifaqlarının isə zərər artıb
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 11,6 milyon manat xalis mənfəətlə başa vurub.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 61,1 % çoxdur.
Yanvar-mart aylarında BOKT-ların gəlirləri 37,9 milyon manat (illik müqayisədə 48 % çox), xərcləri 23,5 milyon manat (39,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat (46,2 % çox), mənfəət vergisi ödəmələri isə 0,9 milyon manat (80 % çox) təşkil edib.
Bu il aprelin 1-nə BOKT-ların aktivləri 545,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,3 % çoxdur. Bunun 422,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 37,1 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 40,1 % artaraq 331,1 milyon manata, balans kapitalı isə 19,6 % artaraq 214,4 milyon manata çatıb.
Kredit ittifaqlarının zərəri 25 % artıb
Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,5 milyon manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 25 % çoxdur.
Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0,7 milyon manat (illik müqayisədə 12,5 % az), xərcləri 0,3 milyon manat (dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları isə 0,9 milyon manat (12,5 % çox) təşkil edib.
Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 13,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,7 % azdır. Bunun 11,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 8,9 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 26,5 % azalaraq 3,6 milyon manata, balans kapitalı isə 1 % azalaraq 9,5 milyon manata düşüb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)






