“Təfəkkür Universiteti”nin prorektorunu öldürməkdə şübhəli bilinən şəxs 12 il sonra müəyyən edildi
Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədi ilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı :
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində 12 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
Belə ki, 16 sentyabr 2011-ci il tarixdə 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun yaşadığı binanın yaxınlığında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmişdir.
Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədi ilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Dəyanət Quliyev iş üzrə cari il aprelin 27-də Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə iibtidai istintaq davam etdirilir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
7 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
7 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)







