Meliorasiya və Su Təsərrüfatı büdcə vəsaitlərinin sərfində nöqsanlara yol verilib
Hesablama Palatasının Meliorasiya və Su Təsərrüfatı ASC-nin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirdiyi audit zamanı nöqsanlar aşkar edilib.
Bu barədə Palatadan məlumat verilib.
Bildirilir ki, Baş Şirvan Kollektoru Ağdaş, Ucar, Kürdəmir, Sabirabad, Hacıqabul, Şirvan və Salyan rayonlarının təsərrüfatlarına xidmət göstərir. İdarənin xidmət şəbəkəsinə uzunluğu 215,7 km olan Baş Şirvan kollektoru, 622,53 km təsərrüfatlararası kollektorlar, 572,25 km təsərrüfatdaxili kollektorları, 773 ədəd körpü, 5 ədəd düker, 182 akveduk ötürücü qurğuları və 6 ədəd su ölçən məntəqə daxildir. Kollektorun üzərində ümumi məhsuldarlığı 38,05 m³/saniyə olan 11 ədəd meliorativ nasos stansiyası fəaliyyət göstərir. Kollektor vasitəsi ilə 2015-ci ildə 1,4 milyard m³, 2016-cı ildə 1,6 milyard m³ qrunt suları Xəzər dənizinə axıdılıb, su ilə birlikdə axıdılan zərərli duzların miqdarı uyğun olaraq 2015-ci ildə 5711 min ton və 2016-cı ildə 8181 min ton olub.
Auditlə ümumilikdə 6744,9 min manat məbləğində vəsait əhatə olunub. İdarə tərəfindən büdcə layihəsinə təkliflər hazırlanarkən xərclərə olan tələbat dəqiq hesablamalara əsasən tərtib edilməyib, 2015-ci ildə İdarə qazla təchiz olunmadığı halda “Qaz haqqının ödənilməsi” paraqrafı üzrə vəsait nəzərdə tutulub, müvafiq illər üzrə ilin əvvəlinə olan anbar qalıqları nəzərə alınmayıb, yanacaq və sürtkü materiallarının sərfi üzrə nəqliyyat vasitələrinin marşrut və manevr xətləri müəyyənləşdirilməyib, hər bir meliorativ nasos stansiyasına və təmir işləri aparılacaq obyektlərə qədər olan gediş-gəliş məsafəsi müəyyən edilməyib, yol vərəqələrində zəruri göstəricilər doldurulmayıb, nəqliyyat vasitələrinə artıq ehtiyat hissələri silinib.
Auditlə əhatə olunan dövrdə təchizatçı tərəfindən meliorativ nasos stansiyasının enerji təchizatında sərhəd mənsubiyyətinə qədər enerji itkilərinin müqavilə şərtlərinə zidd olaraq İdarənin sayğac göstəricisinə əlavə edilməsi hesabına enerji itkisi hesablanıb, "Sudan istifadə Qaydaları"nın tələblərinə əməl edilmədiyindən isə artıq su haqqı üzrə səmərəsiz xərcə yol verilib. ASC tərəfindən İdarənin istismar tədbirləri planı təsdiq edilərkən İdarənin texnika və işçi qüvvəsinin potensialının düzgün qiymətləndirilməməsi nəticəsində yerinə yetirilmiş lildən təmizləmə işləri 2015-ci ildə 72,5%-i, 2016-cı ildə 73,9%-i İdarənin öz gücü ilə icra edilib, qalan 2015-ci ildə 27,5%-i, 2016-cı ildə isə 26,1%-i podrat müqavilələrlə yerinə yetirilib. İdarənin texnika və işçi qüvvəsindən tam istifadə edilməmiş və boşdayanmalara yol verilib.
Hesablama Palatasının Kollegiyası İdarə tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti Meliorasiya və Su Təsərrüfatı ASC-nin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 4 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
18 d. əvvəl
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
- 52 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İsrailin aviaşirkətinin Bakıya ilk reysi qarşılanıb
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Microsoft-un OpenAI-dəki payı 27 faizə çatacaq
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb














.jpg)











.jpg)
