2023-cü ilin yanvar-aprel ayları üzrə neft-qaz göstəriciləri açıqlandı
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ayda Azərbaycanda 16,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 8,8 milyard kubmetri “Şahdəniz”dən 3 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, yəni 411 milyon kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 8,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında Avropaya 3,9 milyard kubmetr, Türkiyəyə 3,4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 1,9 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2023-cü il tarixinədək AÇG-dən 208 milyard kubmetr, “Şahdəniz”dən isə 192 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 135 milyard kubmetrə yaxını ixraca nəql edilib.
2023-cü ilin yanvar-aprel ayları üzrə ölkədə 10,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 6,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.
4 ay ərzində 8,5 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 7,6 milyon tondan bir qədər çox hissəsi konsorsiumun, 847 min tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2023-cü il tarixinədək 615 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 573 milyon ton neft, “Şahdəniz”dən isə 42 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 may 2023-cü il tarixinədək 612,8 milyon tonu ixraca nəql edilib.
2023-cü ilin yanvar-aprel ayları üzrə ölkədə neftin emalı 2,2 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 360 min ton çox olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























