Bu ilin 4 ayında pensiya ödənişlərinə təxminən 1,9 milyard manat yönəldilib
2023-cü ilin 4 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (234 milyon manat) çox olmaqla 1 milyard 891 milyon manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 432 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 465 manata çatıb.
Qeyd edilib ki, növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb. Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.
Bu ilin yanvar-aprel ayları ərzində 12,8 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 84,3 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























