Avropa İttifaqı 69 milyard dollarlıq satınalmanı təsdiqlədi
Avropa İttifaqı (Aİ) Microsoft-un kompüter oyunları nəhəngi Activision-u satın almasını təsdiqləyib. Bildirilib ki, satınalma üçün Aİ Komissiyasının müsabiqə baxışı təsdiq edilib.
Avropa İttifaqı (Aİ) kompüter oyunları şirkəti Activision Blizzard-ın ABŞ-ın texnologiya şirkəti Microsoft tərəfindən 69 milyard dollara alınmasını təsdiqləyib.
Marja xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası, Microsoft-un Activision Blizzard-ı alması üçün rəqabət araşdırmasını başa çatdırıb.
Təsdiqin Microsoft-un üzərinə götürdüyü öhdəliklərə əməl etməsilə bağlı olduğu qeyd edilib.
Açıqlamada bildirilib ki, Microsoft Avropa İttifaqının rəqabət tələblərinə cavab vermək üçün, PC və konsol oyunlarının bulud axını xidmətləri vasitəsilə paylanmasına dair 10 illik əhatəli lisenziyalaşdırma öhdəlikləri götürüb. Öhdəliklərə görə, Avropadakı istehlakçılar bütün Activision Blizzard oyunlarından istədikləri bulud xidməti vasitəsilə istifadə edə biləcəklər.
Açıqlamada bu öhdəliklərin Komissiya tərəfindən müəyyən edilmiş rəqabət problemlərini tam şəkildə əhatə etdiyi bildirilib.
Keçən ilin əvvəlində Microsoft Activision Blizzard-ı təxminən 69 milyard dollara almaq planını açıqlayıb.
Avropada fəaliyyət göstərən iri şirkətlərdə birləşmə və satınalmalara nəzarət Aİ Komissiyasının səlahiyyətinə daxildir.
Aİ Komissiyası araşdırmalarında rəqabətə zidd vəziyyətin olub-olmamasını qiymətləndirir. Rəqabətə zidd hallar aşkar edilərsə, Aİ Komissiyası birləşmə və ya satınalmaların qarşısını ala bilər.
Aİ-nin təsdiqi üçün Microsoft, Avropa istehlakçılarına Activision-un oyunları üçün 10 illik pulsuz bulud oyun xidməti təqdim etməyi də öhdəsinə götürüb.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
5 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
