Ailəvi istirahət mərkəzi istifadəyə verilib - Təmiz hava və füsunkar mənzərə
Naxçıvanda, Culfa rayonunun Ərəfsə kəndində “Aquamarine Fish House” ailəvi istirahət mərkəzi istifadəyə verilib.
Marja xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda yerləşən yeni xidmət sahəsinin fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edib, yaradılan şəraitlə tanış olublar.
Diqqətə çatdırılıb ki, 4 min kvadratmetr ərazidə özünəməxsus üslubda inşa olunan istirahət mərkəzinin yaradılmasına 500 min manatdan çox vəsait sərf olunub. 2 min kvadratmetr sahədə tikinti işləri aparılıb, 100 min manat dəyərində yerli istehsal avadanlıqları ilə yanaşı, Türkiyə və İran mənşəli avadanlıqlar quraşdırılıb. Tikinti işlərinə 401 min manat vəsait sərf olunub.
Mərkəz üçün sahəsi 100 kvadratmetr olan kafe, 8 ədəd kabin, qonaqların istirahəti üçün 9 yerlik söhbətgah (besetka), uşaqlar üçün əyləncə sahəsi, mətbəxt, iş otağı və digər köməkçi sahələr yaradılıb.
Canlı musiqi, milli mətbəxtimizin ləziz yeməklərinin təqdim edildiyi mərkəzdə eyni vaxtda 300 nəfərə yüksək səviyyəli xidmət göstərmək mümkündür.
Qeyd edilib ki, Mərkəzdə 21 nəfərlik personalın çalışması həm regionlarda yeni iş yerilərinin açılması, həm də buradakı əhalinin rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Mərkəzdə işıqlandırma sistemi, Wi-Fi, daxili rabitə və bir ədəd transformator quraşdırılıb, ərazi abadlaşdırılıb. Eyni zamanda müəssisənin su ilə təmin olunması məqsədilə 400 metr uzunluğunda su xətti çəkilib, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün filtr sistemi quraşdırılıb. Müəssisənin ərazisində sahəsi 870 kvadratmetr olan hovuza 1000 farel balığı buraxılıb.
"Təmiz hava və füsunkar mənzərəyə malik “Aquamarine Fish House” ailəvi istirahət mərkəzi yerli və xarici turistlərin sevimli əyləncə və istirahət məkanına çevriləcək. Bu obyektin istifadəyə verilməsi Naxçıvanın turizm potensialını artırmaq və şəhərimizə gələn qonaqların istirahətini mənalı təşkil etmək və məşğulluqda turizm sektorunun payının artırılmasında mühüm əhəmiyyət daşıyır".,- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndiliyinin məlumatında bildirilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
3 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 5 saat əvvəl
-
6 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 6 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır

















