"Dokta" və "Zeytun"un apteklərində yararlılıq müddəti bitmiş bioloji aktiv qidalar satılıb
Vəzifəli şəxsləri barəsində tədbirləri görülüb, satışı dayandırılıb, qadağan olunub və məhv edilib."Dokta" MMC, "Zeytun Pharmaceuticals" MMC, "Best Pharma" MMC,“Maymed-Avis” MMC, "Buta Farm" MMC,“Murad-Farm” MMC,"Şəfa-Farm" Firması, “Paşa-K” Firmasının apteklərində noqsanlara yol verilib.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Dokta" MMC-nin və "Zeytun Pharmaceuticals" MMC-nin apteklərində yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edib. Həmçinin məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmiş, bioloji aktiv qida məhsulunun üzərində müxtəlif müalicəvi məlumatlar qeyd edilmiş və məhsulların üzərində Azərbaycan dilində markalanma mövcud deyildir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 189 aptekdə yoxlama aparılıb.
Yoxlamalardan 183-ü planlı, 6-sı isə plandankənar olub. Nəzarət tədbirləri zamanı 128 aptekdə uyğunsuzluq aşkar edilib. Uyğunsuzluq aşkarlanan apteklərdən 109-da sanitar norma və qaydalara əməl olunmaması, 3-də malların satışı zamanı mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, 12-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulunun satışı, 14-də sözügedən məhsulun etiket məlumatlarının qanunvericiliyin tələblərinə cavab verməməsi, 4-də isə qida təhlükəsizliyi sertifikatı olmadan satılması müəyyən edilib.
Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Həmçinin apteklərdən 18-də bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 12-də həmin məhsulların satışının qadağan olunması və məhv edilməsi barədə qərarlar qəbul olunub. Yoxlama zamanı 61 aptekin nəticəsi qənaətbəxş olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
9 d. əvvəl
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
- 10 d. əvvəl
-
28 d. əvvəl
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
-
1 saat əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Ən çox oxunanlar
Restoranda yanğın baş verib
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda













.jpg)

.jpg)


