İri şirkət Zəngilana “İsuzu” ianə edib
“Veysəloğlu” Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fondunun dəstəyi və vasitəçiliyi ilə Zəngilan rayonunda bitki və tarlaların suvarılması üçün “İsuzu” markalı xüsusi nəqliyyat vasitəsi ianə edib.
Fondun yaydığı məlumatda bildirilir ki, qeyd olunan texnikanın təqdimat mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Veysəloğlu” Şirkətlər Qrupu Müşahidə Şurasının sədri Aydın Talıbov, şirkətin rəhbər heyəti və əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.
Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev “Veysəloğlu” Şirkətlər Qrupunun bu təşəbbüsünün Qarabağın dirçəlişi prosesində mühüm bir dəyərə malik olduğunu deyib. O, nümunəvi addıma görə şirkətin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürünü bildirib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qələbənin regionda yeni reallıqla yanaşı, ölkəmizin tarixində yeni quruculuq dövrünün başlamasına şərait yaratdığını qeyd edib.
R.Hacıyev “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, cəmiyyətin bütün üzvlərinin Qarabağın bərpasını dəstəkləməsi, bu istiqamətdə görülən işlərə töhfə verməsi təqdirəlayiq və örnək addımdır.
Daha sonra “Veysəloğlu” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov Qarabağ Dirçəliş Fonduna və Prezidentin nümayəndəliyinə işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdikləri səylərə görə dərin minnətdarlığını bildirib.
Çıxışlardan sonra Zəngilan rayonunda istifadə olunacaq texnikanın açarları Prezidentin xüsusi nümayəndəsinə təqdim edilib.
Texnikanın təqdimat mərasimindən sonra tədbir iştirakçıları “Veysəloğlu” Şirkətlər Qrupunun deposunu ziyarət edib, şirkətin fəaliyyəti ilə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
11 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
13 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
14 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif















