İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara göstərilən xidmətlərin 193-ü elektronlaşdırılıb
Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az , həmçinin, Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri vasitəsilə müraciət etmək mümkündür.Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması operativliyi və vətəndaş məmnunluğunu təmin etmək baxımından böyük önəm kəsb edir.
Bu baxımdan, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, səmərəliliyinin artırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.
Marja xəbər verir ki. bu, Nazirliyin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki. sahibkarlar elektron xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, mənşə sertifikatı, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az internet səhifələri, həmçinin Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri vasitəsilə müraciət etmək mümkündür.
Hazırda İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 259 xidmət göstərilir ki, onların 193-ü elektronlaşdırılıb. Göstərilən xidmətlərdə elektron xidmətlərin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə (71.6%) müqayisədə 2.9% yüksələrək 74.5%-ə çatıb.
Elektron xidmətlər bölməsinə müraciət edən şəxslər müvafiq ərizə formalarını sistemdən yükləyə və tələb olunan sənədlərin skan edilmiş surətlərini daxil edə bilərlər. Bu zaman müraciət edən şəxsə təsdiq bildirişi göndərilir. Daxil olan elektron müraciətlərə qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır, tələb olunduğu halda müvafiq dövlət rüsumu və xidmət haqlarının elektron qaydada ödənişi imkanı təmin edilir.
Beləliklə, Nazirliyin elektron xidmətləri müasir texnoloji imkanlardan istifadə edilməklə ölkə vətəndaşlarına göstərilən xidmətlərin yüksək keyfiyyətdə və operativ təqdim edilməsinə töhfə verir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)
.jpg)




.jpg)



.jpg)








