Video oyunlarda yeni süni intellekt texnologiyası - Personaj oyunçu ilə danışa biləcək
ABŞ-ın texnologiya şirkəti Nvidia oyun dünyasının gedişatını dəyişdirəcək yeni süni intellekt texnologiyası hazırlayıb. Video oyunlarına süni intellekt dəstəyi gətirən şirkətin yeni texnologiyası Nvidia Ace ilə oyun zamanı mətnləri səsə, səsləri də mimikalar və jestlər çevirməyi bacarıb. Beləliklə, oyundakı personajlar əsl insan hissi verəcəkdir.Süni intellekt oyun dünyasını yenidən dizayn edir.
Marja.az xəbər verir ki, ABŞ-ın çip istehsalçısı Nvidia, oyunlarda yeni dövrü başladacaq süni intellekt texnologiyasını inkişaf etdirib.
İnkişaf etdirdiyi süni intellekt Nvidia Ace ilə texnologiya nəhəngi video oyunlarında mətnləri səsə və səsləri də mimikalar və jestlərə çevirməyi bacarıb. Bu texnologiya istənilən oyun zamanı istənilən personaja əsl insan hissi verməsini təmin edir.
NPC-lər (video oyununda oyunçu tərəfindən idarə olunmayan xarakter (personaj) Nvidia Ace texnologiyası sayəsində oyunçularla real vaxt rejimində və heç bir məhdudiyyət olmadan danışa biləcək.
Nvidia-nın yeni texnologiyası şirkətin keçmişdə dizayn etdiyi süni intellektə fokuslanmış texnologiyalarının nəticəsidir. ChatGPT kimi süni intellekt ilk olaraq mətnlərin yaradılmasına imkan verəcək. Bu mətnlər əvvəlcə NVIDIA tərəfindən yaradılmış süni intellekt alqoritmləri ilə audioya çevriləcək. Bu səs həmçinin Nvidia-nın başqa bir süni intellekt texnologiyası ilə jest və mimika olaraq çevriləcək. Bütün bu transformasiyanın sonunda hər hansı bir oyundakı hər hansı bir personaj istənilən vaxt oyunçular ilə ünsiyyətdə olacaq və danışan real insan hissini verəcəklər.
Bütün bu texnologiyalar süni intellekt dövründə video oyun dünyasının necə dəyişəcəyini açıq şəkildə ortaya qoyur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır






















