Bu çimərliklərdə gürzələr var - XƏBƏRDARLIQ
Qızmar yay aylarının başlaması ilə birlikdə ilan və həşərat sancmalarının sayı da artır.
Problemlə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İntitutunun kiçik elmi işçisi, herpetoloq Anar Cəfərovun fikir və məsləhətləri öyrənilib.
Anar Cəfərov bildirib ki, yay aylarında ilanlar özləri üçün sərin və kölgəli yerləri seçdiyindən, insanlar zirzəmilərdə, kölgəli yerlərdə ehtiyatlı olmalıdırlar: "Hardasa oturmazdan əvvəl həmin yerə baxış keçirsələr yaxşı olar. Çünki temperatur yüksəldikcə sürünənlər daşların, əşyların altında və s. yerlərdə daha çox olurlar. Bağ evlərində, çardaqların altında, su olan yerlərdə onlara daha çox rast gəlinir. Çimərliyə gedən insanlar da ehtiyatlı olmalıdırlar. Apardığım monitorinq nəticəsində müşahidə edirəm ki, çimərliklərin bəzilərinin yaxınlığında hətta zəhərli ilanlar, əqrəblər daha çoxdur. Bilgəh çimərliyi, Mərdəkan, Şüvəlan, Şıx çimərliyi ətrafında həm əqrəblərə, həm də gürzələrə rast gəlinir".
Herpetoloq bildirib ki, ilanların sayında artım olmasa da, aktivliyi müşahidə olunur. Onun fikrincə, bu hal şəhərdə aparılan tikinti işləri və su hövzələrində dəyişkliyin baş verməsi ilə bağlıdır: "Çöllük ərazilərdə su mənbələri quruduğuna görə ilanların insanların yaşadığı ərazilərə intensiv axını daha çox baş verir.
İntensivliyin artması təhlükəni də artırır. Məsələn, şəhərin müxtəlif yerlərində tikinti işləri aparılır. İstər-istəməz vibrasiya artır və yaxınlıqda olan sürünənlərin daha sakit yerlərə çəkilməsi baş verir. Şəhər daxilində köhnə məhəllələr sökülür. "Sovetski"nin özündə bu cür hallara rast gəlinir. Söküntü olanda ilanlara intensiv rast gəlinirdi, mütəxəssis kimi məni çağırırdılar. Həyət evləri tikilir. Onların da təsiri var. Texnikanın işlədiyi və səs-küyün artdığı yerdə ilanlar daha dağınıq hərəkət edir və göz qabağına çıxırlar".
Abşeronda əsasən sarı və boz əqrəblərə rast gəlindiyini deyən A.Cəfərov bildirib ki, onların sancması insan həyatı üçün təhlükəli olmasa da, onlar zəhərlidir. Belə ki, bu cür sancmalar insanda 3-4 gün qızdırma verir. Herpetoloq ölkə ərazisində kifayət qədər çox olan vəhşi arıların da təhlükəli olduğunu, kütləvi sancmalarının ölümlə nəticələnə biləcəyini qeyd edib.
Dərmanlama tədbirlərini mütəxəssislər aparsa, yaxşıdır.
A.Cəfərov deyib ki, ilanların yaşayış evlərinə gəlməsinin qarşısını almaq üçün evi, həyəti dərmanlamaq olar. Onun sözlərinə görə, ilan dərmanları nə insanlara, nə heyvanlara ziyan etmir, sadəcə spesfik iyinə görə onları uzaqlaşdırır: "Həşəratlara görə isə pestisidlərdən istifadə olunur. Buna görə də dərmanlama prosesini lisenziya almış xüsusi qurumların nəzarəti ilə həyata keçirmək məsləhətdir. Çünki özbaşına dərmanlanma zamanı insan özü də zəhərlənə bilər".
Herpotoloq onu da bildirib ki, ilan sancanı iki saat müddətində ilk yardım məntəqəsinə, yaxud da yaxınlıqda toksikologiya mərkəzi varsa, həmin məkanlara aparmaq lazımdır: "Əgər yaxınlıqda yardım edəcək məntəqə yoxdursa, insanlar təcili tibbi yardıma müraciət edə bilərlər. Çünki onlarda çox vaxt ilana qarşı vaksin olur. Həşərat sancdıqda da təcili tibbi yardıma mürciət olunsa, yaxşı olar. Çünki insanların çoxu allergiyası olduğunu bilmir və həşərat sancdıqda güclü təngənəfəslik baş verir. Şiş, qızartı və bəzən səpkilər əmələ gəlir ki, bu da mənfi fəsadlara yol aça bilər".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 2 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
-
5 saat əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Ən çox oxunanlar
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır
Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı



















