"Türkiyədə uçot dərəcəsi 40 faizə qaldıra bilər"
"Goldman Sachs", son təyinatlardan sonra Türkiyənin faiz yolu ilə bağlı qiymətləndirməsində, "Tamamilə ortodoks qərar verənlər Türkiyədə uçot dərəcəsini 40 faizə qaldıra bilərlər", - proqnozunu verib.
Qlobal investisiya bankı "Goldman Sachs",Türkiyədə Mehmet Şimşəkin maliyyə naziri, Hafize Gaye Erkanın isə Mərkəzi Bankın sədri təyin edilməsini, yeni hökumətdə pul və fiskal siyasətdə dəyişikliyə ehtiyac olduğu fikrinin qəbul edilməsinin əlaməti kimi qiymətləndirib.
Marja xəbər verir ki, "Goldman Sachs"ın cümə günü açıqladığı hesabatında Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlar yenilənib.
"Goldman Sachs" qeyd edib ki, hazırda mərkəzi bankın növbəti addımlarının nə olacağına dair təlimat mətni yoxdur.
"Bizim təhlillər, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının uçot dərəcəsini 40 faizə qaldıracağını göstərir", - hesabatda deyilir
Qeyd edilib ki, USD/TL və inflyasiya gözləntiləri sabitləşdikdən sonra faiz dərəcələri sürətlə aşağı salına, ilin sonuna qədər ola bilsin ki, 25%-ə endirilə bilər.
Türkiyədə iqtisadi rəhbərliyin Mehmet Şimşəkə keçməsindən sonra xarici qurumların Mərkəzi Bankın (TCMB) faizi ilə bağlı gözləntilər dəyişib.
ABŞ bankı "JPMorgan", TCMB-nin iyunun 22-də və ya "bəlkə də daha tez" pul siyasəti iclasında uçot dərəcəsini 25 faizə qaldıra biləcəyini nəzərdə tutur.
"Societe Generale" Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 15 faizə qaldırılacağını proqnozlaşdırıb. Qurum, uot dərəcəsinin 22 iyunda 6,50 baza bəndi artırılaraq 15 faizə çatdırılmasını, ardından iyul və avqust aylarında hər birində 5,00 faiz bəndi faizartırılacağını gözləyir.
"Morgan Stanley" İyunun 22-də keçiriləcək iclasda TCMB-nin faizini 8,5 faizdən 20 faizə, avqustda isə 25 faizə yüksəldəcəyini gözləyir.
"Deutsche Bank"a görə, iyunda uçot dərəcəsi 18-20 faiz civarına, iyulda isə 25 faizə yüksələ bilər.
Qeyd edək ki, hazırda TCMB-nin uçot dərəcəsi 8,5% səviyyəsindədir.
Ortodoks - ümumi qəbul edilmiş yanaşmalara verilən addır.
Heterodoks- isə bu ümumi yanaşmadan sapmış, fərqli istiqamətə gedən yanaşmalara verilən addır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
