Azərbaycanda neft hasilatı 8,4 faiz azalıb, qaz hasilatı 2,9 faiz artıb
Yanvar-may aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-may aylarında 29,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artmışdır.
Sənaye məhsulunun 70,4 faizi mədənçıxarma sektorunda, 24,4 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 2,9 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 86,4 faiz, poliqrafiya məhsullarının istehsalı 50,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49,9 faiz, kağız və karton istehsalı 40,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32,9 faiz, içkilərin istehsalı 27,4 faiz, neft məhsullarının istehsalı 25,4 faiz, tikinti materiallarının istehsalı 18,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,5 faiz, qida məhsullarının istehsalı 13,3 faiz, hazır metal məmulatlarının istehsalı 9,7 faiz, maşın və avadanlıqların istehsalı 9,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,9 faiz, tütün məmulatlarının istehsalı 8,4 faiz, mebel istehsalı 4,4 faiz, elektrik avadanlıqlarının istehsalı 2,4 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,4 faiz, əczaçılıq məhsullarının istehsalı 16,4 faiz, sair sənaye məhsullarının istehsalı 18,7 faiz, geyim istehsalı 28,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 30,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 37,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 40,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,5 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
12 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
12 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
13 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
