Dünya dördgöz bu qərarı gözləyir - BU GÜN AXŞAM AÇIQLANACAQ
Qlobal bazarlarda FED günü. Bu gün saat 22:00-da faiz qərarını açıqlayacaq FED-in 15 aydan sonra ilk dəfə faiz artırmayacağı və faiz dərəcələrini 5 - 5,25 faiz aralığında saxlayacağı gözlənilir. Ancaq FED-in qarşıdakı aylarda faizin artırlmasına davam edəcəyi mesajını verməsi də mümkün görünür. Keçmiş faiz artımlarının təsirini görmək üçün FED iyun ayında dayana bilər.
Bu gün ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, qərar Bakı vaxtı ilə saat 22:00-da bəyan ediləcək. Saat 22:30-da isə FED sədrinin mətbuat konfransı başlayacaq.
Hazırda FED-in failəri 5,00%- 5,25% aralığındadır.
May ayında ABŞ-da inflyasiya yavaşlayıb. Bu vəziyyət, FED-in faiz artırmağı dayandırmasına şərait yaradır. ABŞ-da illik inflyasiya 4,9%-dən 4%-ə düşüb (ötən ilin may ayı ilə müqayisədə), bu, 2021-ci ilin martından bəri ən aşağı səviyyədir.
Bəzi iqtisadçıların gözləntisi FED-in İyunda da 0,25 faiz bəndi faiz artıraraq pauza verəcəyidir. Bəzi iqtisadçılar isə FED-in bu iclasa faizlərini sabit saxlayacağını gözləyir.
XXX
Qlobal bazarlarda bütün diqqətlər FED-in faiz qərarına yönəlib. Ümumi gözləntiyə görə, FED-in faiz dərəcələrində və pik faiz proqnozlarında hər hansı dəyişiklik edəcəyi gözlənilmir.
ABŞ-da inflyasiya yavaşladıqdan sonra FED-in iyun ayında faizlərini sabit saxlayacağı gözləntiləri bazarlarda risk iştahını artırıb. Bu il orta hesabla 23 səviyyəsində olan Wall Street-in "narahatlıq göstəricisi" CBOE Dəyişkənlik İndeksi (VIX) 15-dən aşağı düşüb. Bu, riskli aktivlərə olan marağı əks etdirir.
Belə bir vəziyyət xüsusilə birjalarda ralli yaradır. S&P 500 indeksi çərşənbə axşamı 0,7 faiz artaraq dördüncü ticarət gününü müsbət bağlayaraq 4,400 bəndinə yaxınlaşıb.
Yaponiyanın Topix indeksi 1,1 faiz artaraq son 30 ilin zirvəsinə yüksəlib.
FED-in iyun ayında dayanacağı və sonrakı dövrdə faiz artıracağı gözləntiləri ilə ABŞ istiqrazlarının faizləri yüksəlir. İki illik istiqrazların faizi 9 baza bəndi artaraq 4,67%-ə çatıb.
Dollar inkişaf etmiş ölkələrin valyutaları qarşısında məhdud hərəkət edir. Bloomberg Dollar İndeksi FED-dən əvvəl 1231 bənd səviyyəsində sabitdir.
ABŞ-da inflyasiya illik 9 faizdən 4 faizə düşsə də, inflyasiyanın hələ də FED-in hədəfindən iki dəfə yüksək olması faiz artımlarının iyul ayında da davam edəcəyi ilə bağlı gözləntiləri gücləndirir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
