Borcların qaytarılması ilə məşğul olan şirkətə əlavə maya qoyulur
Kredit borcların qaytarılması üzrə xidmətlər göstərən "BOA Agency" Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 1 manat olan 86 000 ədəd adi, adlı sənədsiz səhm buraxır.
Marja xəbər verir ki, emissiya uğurla yekunlaşarsa şirkətin nizamnamə kapitalı 4 min manatdan 86 min manata yüksələcək. Səhmləri mövcud səhmdarların alacağı gözlənilir.
"BOA Agency" əsasən kredit müqavilələri və digər əsaslar ilə yaranmış, qanunu qüvvəsini almış müvafiq tələb hüquqlarına mülkiyyət hüququnu əldə edərək onların həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.
"BOA Agency" ASC-nin səhmdarları Yadulla Yusifov (50%) və Rüstəm Hacıyevdir (50%).
Qeyd edək ki, "BOA Agency" ASC 2022-ci ili 1 milyon 20 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 471 min manat xalis mənfəət ilə bağlamışdı.
Əvvəllər şirkət “BOA Agentliyi” MMC olaraq Məhdud Məsuliyyətli Cəmiyyət formasında fəaliyyət göstərirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 24 d. əvvəl
-
-
46 d. əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
48 d. əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
-
2 saat əvvəl
Odero "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı, xüsusi status aldı
-
15 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
15 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
Ən çox oxunanlar
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
























