“Səmayə"nin xalis mənfəəti 2 dəfədən çox azalıb
Gəmilər ilə yüklərin daşınması xidmətləri göstərən “Səmayə CO LTD” MMC şirkəti 2022-ci ili 252 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 620 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Səmayə CO LTD”nin xalis mənfəəti 2,5 dəfə azalıb. Xalis mənfəətin azalması əməkhaqqı xərclərinin artması və sair əməliyyat gəlirlərinin düşməsindən qaynaqlanır.
Marja.az xəbər verir ki, 2021-ci ildə “Səmayə CO LTD”nin əsas əməliyyat gəlirlri 8 milyon 418 min manat ikən, 2022-ci ildə 8 milyon 789 min manat təşkil edib. Şirkətin sair əməliyyat gəlirləri isə azalaraq 2021-ci ildəki 8 milyon 364 min manatdan 2022-ci ildə 6 milyon 212 min manata düşüb.
31 dekabr 2022-ci il tarixində “Səmayə CO LTD”nin 3 milyon 125 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 2 milyon 872 min manat cəmi aktivlərə malik idi.
“Səmayə CO LTD” MMC 2003-cü ildə Bakı şəhərində təsis edilib. “Səmayə CO LTD” yük daşıyan yük gəmiləri, neft məhsulları daşıyan tankerlər, kiçik həcmli gəmiləri alaraq 2012-ci ildən gəmiçilik şirkəti kimi formalaşmışdır. Hal-hazırda Respublikada gəmiçilik şirkəti kimi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
5 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib






.jpg)
.jpg)






.jpg)







