Qiymət 100 000 manat və çox olduqda dövlət satınalmaları tender tətbiq edilməklə keçiriləcək
Satınalma metodlarının necə tətbiq olunacağı məlum olub.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, satınalan təşkilat satınalmaları açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodlarını tətbiq etməklə bu Qanunla müəyyən edilən qaydada həyata keçirir.
Yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilən satınalma metodları nəzərə alınmaqla, ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir.
Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər.
Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər:
- qapalı tender metodu;
- bir mənbədən satınalma metodu;
- çərçivə sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu metodları.
Nəzarət orqanı yuxarıda qeyd olunan razılığın verilməsi ilə bağlı müraciətlərə 20 (iyirmi) iş günü ərzində baxır.
Qüvvədə olan qanuna görə isə Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının məcburiliyi halında dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir.
Malların (işlərin) satın alınması zamanı satınalan təşkilat açıq tender prosedurlarından əlavə, digər satınalma metodlarından yalnız bu Qanunda nəzərdə tutulmuş şərtlər əsasında istifadə edə bilər.
Aşağıdakı hallar istisna olmaqla satınalan təşkilat xidmətlərin satın alınması zamanı Xidmətlərin satınalınmasının əsas metodundan istifadə edir:
- xüsusiyyətlərin müfəssəl tərtibi əməli cəhətdən mümkün olduqda və satın alınan xidmətlərin texniki xarakterinə görə açıq tender prosedurlarının həyata keçirilməsi daha məqsədəuyğun olduqda;
- bu Qanunda nəzərdə tutulmuş satınalma metodlarından istifadə edilməsi daha məqsədəuyğun olduqda, həm də onlardan istifadə şərtləri yerinə yetirildikdə.
Satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edirsə, satınalma prosedurları haqqında hesabata həmin metodun seçilməsi üçün əsas götürülmüş halların şərhini daxil edir.
XXX
Qiymətin 100 000 manatdan aşağı olması açıq tender metodunu tətbiqini məhdudlaşdırmayacaq
Satınalan təşkilat açıq tender metodunu nə zaman tətbiq edəcəyi məlum olub.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ehtimal olunan qiymət 100 000 manatdan aşağı olması satınalan təşkilatın açıq tender metodunu tətbiq etmək imkanını məhdudlaşdırmır.
Satınalan təşkilat açıq tender və ya ikimərhələli tenderdən yayınmaq və (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya bu Qanunla müəyyən edilən təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetini ayrı-ayrı hissələrə (müqavilələrə) bölə bilməz. Fərqli ünvanlarda aparılan tikinti-quraşdırma işləri üzrə satınalmalar ayrı-ayrı müqavilələrə bölünə biləcək.
Bu Qanunda qeyd olunan halda açıq tender ləğv olunur və ikinci dəfə elan edilir. İkinci dəfə elan olunan açıq tenderdə bu Qanunun tələbləri nəzərə alınmaqla, təklif təqdim edən təchizatçıların sayı azı iki olduqda, açıq tender baş tutmuş hesab olunacaq.
Qüvvədə olan qanuna əsasən, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır.
Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti nəzərdə tutulan məbləğdən aşağı olduqda, satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edir. Satınalan təşkilat bu maddənin tətbiqi üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə (yəni ayrı-ayrı qismlərə) bölə bilməz.
Ehtimal olunan qiyməti bu Qanunda nəzərdə tutulan məbləğdən yuxarı olan malların (işlərin və xidmətlərin) digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etməsi şərti ilə aparıla bilər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsinə əsasən digər satınalma metodlarının tətbiqi barədə qərarını müraciət daxil olduğu gündən 10 bank günü ərzində qəbul edir.
XXX
Parlamentə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi daxil olub
Milli Məclisə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi daxil olub.
Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
“Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi 10 fəsil, 59 maddədən ibarətdir.
Bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minəcək. Bu Qanun qüvvəyə mindiyi gündən “Dövlət satınalmaları haqqında” qanun ləğv ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
6 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
7 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)

.jpg)



