Hökumət avtomobilin parklanmasına görə qiymətlər müəyyən etdi
Nazirlər Kabineti (hökumət) “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında" Qərar qəbul edib.
Marja.az xəbər ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərar ilə nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğləri təsdiq edilib.
Qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minir.
Qərara görə, Bakı şəhərinin mərkəzində (“İçərişəhər” Dövlət TarixMemarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla) 1 saat üçün ödənişin məbləği 1 manat, 1-ci zona üçün 70 qəpik, 2-ci zona üçün 40 qəpik, 3-cü zona üçün 30 qəpik təsdiq edilib, 4-cü zonada isə parklanma ödənişsizdir.
Gəncə və Sumqayıt şəhərlərinin mərkəzində avtomobilin 1 saat parklanmasına görə qiymət 40 qəpik, 1-ci zonada 20 qəpik, 2-ci zonada isə ödənişsiz müəyyən olunub.
Digər şəhərlərdə parklanma ödənişsizdir.
Qərara görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















