Nyu-Yorkda Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günü ilə bağlı tədbir keçirilib
Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbirdə çıxış edən KOBİA sədri bu il Bakının Beynəlxalq KOB Forumuna ev sahibliyi edəcəyini qeyd edib.
BMT və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) birgə təşkilatçılığı ilə Nyu-York şəhərində 27 iyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbir keçirilib.
KOB-larla əlaqəli beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə KOB-ların davamlı iqtisadi inkişafa, məşğulluğa və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfəsi barədə məlumat verilib, KOB-ların inkişafı üçün müxtəlif dəstək mexanizmlərinə, bu sahədə yeniliklərə və nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun video müraciəti də yayımlanıb. Video müraciətdə KOBİA sədri Azərbaycanda KOB-lara göstərilən dəstək, bu sahədə KOBİA-nın fəaliyyəti, ICSB-yə üzv olan Agentliyin təşkilatla əməkdaşlığı barədə məlumat verib. KOBİA sədri həmçinin Bakı şəhərinin bu ilin noyabr ayında Beynəlxalq KOB Forumuna ev sahibliyi edəcəyini bildirib. ICSB ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək forumun yerli və xarici KOB-lar, investorlar, akademik dairələr arasında əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli platforma olacağı qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















