Apple-ın bazar dəyəri yenidən 3 trilyon dolları keçib
ABŞ-ın texnologiya şirkəti Apple-ın bazar dəyəri keçən ilin yanvarından bəri ilk dəfə olaraq 3 trilyon dolları ötüb.Apple-ın bazar dəyəri yenidən 3 trilyon dolları keçib.
Marja xəbər verir ki, ilin əvvəlindən səhmləri 50 faizdən çox bahalaşan Apple-ın səhmləri, daha 4 faizdən də çox dəyər qazanaraq 194,28 dollar olub.
Beləliklə, dünyanın ən dəyərli şirkəti olan Apple-ın bazar dəyəri 3,05 trilyon dollara çatıb.
Apple-ın bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollara, 19 avqust 2020-ci ildə isə 2 trilyon dollara çatmışdı.
Şirkətin bazar dəyəri ilk dəfə 2022-ci ilin yanvarında qısa müddət ərzində 3 trilyon dolları ötmüş və Apple-ı “3 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət” etmişdi.
Analitiklər bildiriblər ki, Apple-ın ikinci rübdə gözləniləndən çox iPhone satışları və bazara çıxarmağı planlaşdırdığı yeni məhsullar, o cümlədən iyun ayında təqdim etdiyi “Vision Pro” başlığı, iqtisadi qeyri-müəyyənlik dövründə belə şirkətin dayanıqlılığını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
20 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















