Qırmızı Ürəklər Fondundan “Kitab Gəzər” layihəsinə dəstək
(®) Kapital Bank-ın və Qırmızı Ürəklər Fondu"nun dəstəyilə ölkəmizin 29 şəhər və rayonlarında 55 kənd məktəbində müxtəlif bədii kitab nümunələrindən ibarət "Kitab Gəzər" kitabxanası formalaşdırılıb. 25 may-14 iyun 2023-cü il tarixləri aralığında baş tutan səfərlərdə hər iki komandanın könüllüləri, uşaq nəşriyyatlarının rəhbərləri və kitab müəllifləri iştirak etmiş, məktəblilər ilə faydalı vaxt keçiriblər.
Layihə çərçivəsində 55 kənd məktəbinə ümumilikdə 2750 ədəd kitab hədiyyə edilib. Bədii ədəbiyyat nümunələrindən ibarət olan "Kitab Gəzər" kitabxanaları kənd məktəbləri, uşaq evi, sığınacaqlar, cəzaçəkmə müəssisələri, regionlardakı icma mərkəzləri və s. kimi yerlərdə formalaşdırılmaqdadır.
2019-cu ildən fəaliyyət göstərən “Kitab Gəzər” layihəsinin əsas məqsədi bölgələrdə yaşayan məktəbliləri mütaliə etməyə cəlb etməkdir. Kitab azlığı olan bölgələrdə məktəblilərin maariflənməsi və oxu qabiliyyətinin inkişafı üçün onları kitablarla təmin etməkdir. Ucqar kənd məktəblilərinin kitab oxumasına yardımçı olmaq, onların daha da maariflənməsinə az da olsa töhfə verməkdir. Layihə paytaxtdan könüllü şəkildə bağışlanan kitabları toplayır və onları regionlarda yaşayan gənclərə çatdırır.
Qeyd edək ki, “Qırmızı Ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















