Kapital Bank Müştəri Bank sistemini tam yeni tətbiq ilə əvəz edəcək
"Hal-hazırda sahibkarların ixtiyarında olan Müştəri Bank sistemi tezliklə tam yeni tətbiq ilə əvəz olunacaq"
Bunu Marja-ya Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bildirib.
Hüseynov, "Birbank istifadəçilərinə öz xərclərini təhlil etmək, onlara nəzarət və düzgün idarəetmə imkanı yaradan köməkçi modulun təqdim olunması gözlənilir. Həmçinin Birbank-lıların birjaya giriş, qiymətli kağızların alqı-satqısını həyata keçirmək imkanını verən investisiya modulunun tətbiqi planlaşdırılır. Tam funksional rəqəmsal debet kartının istifadəyə verilməsi gözlənilir. Onu da qeyd edim ki, hal-hazırda sahibkarların ixtiyarında olan Müştəri Bank sistemi tezliklə tam yeni Birbank Biznes tətbiqi ilə əvəz olunacaq. Ümumiyyətlə Birbank-ın inkişaf strategiyasından danışsaq, o insanlara maliyyə sektoru ilə bağlı istənilən növ xidmətə çıxışı təmin edən rəqəmsal bank və maliyyə xidmətləri göstərən super maliyyə tətbiqi istiqamətində inkişaf etdirilir", - deyib.
Kapital Bank-ın İdarə Heyətinin sədri "Rəqəmsal bankçılığın inkişafı gələcəkdə filial şəbəkəsinin kiçilməsinə, ixtisarlara zəmin yarada bilərmi?" sualına belə cavab verib:
"O ki qaldı filial şəbəkəsinin kiçildilməsinə, hal-hazırda Kapital Bank Azərbaycanın ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Ölkənin demək olar hər bir regionunda bankın filialı və ya şöbəsi mövcuddur. Bugünkü dövrdə filial şəbəkəsinin kiçildilməsi müzakirə olunmur, hətta ilin sonuna qədər yeni xidmət nöqtələrinin və iş yerlərinin açılması nəzərdə tutulur. Rəqəmsallaşmadan danışarkən bir çox insan onu fiziki təmas nöqtələrinin azaldılması kimi qəbul edir. Lakin daha əvvəl də qeyd etdiyim kimi, bankımızın strateji istiqamətlərindən biri maliyyə xidmətlərinin hər bir vətəndaş üçün əlçatan və rahat olmağını təmin etməkdir. Bankımızın filialları da bu mənada istisna deyil".
Həmçinin oxu
Kapital Bank-ın yeni sədrilə MÜSAHİBƏMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















