Unibank MDB istiqraz bazarının ən yaxşı iştirakçılarından biri seçilib
(®) Unibank Cbonds Awards CIS-2023 nominasiyasının qalibi seçilib.
MDB ölkələri üzrə istiqraz bazarında ölkələrin ən yaxşı iştirakçılarına verilən mükafatın bu il 14 qalibi olub. Azərbaycandan yeganə olaraq Unibank və bankın törəmə şirkəti olan “Unicapital” İnvestisiya Şirkəti nominantlar siyahısında yer alıb. “Unibank”ın Azərbaycan qiymətli kağızlar bazarının aktiv iştirakçılarından olması, yüksək gəlirli və alıcılar tərəfindən böyük maraqla qarşılanan istiqraz buraxılışları həyata keçirməsi, MDB İstiqraz Konqresi tərəfindən yüksək dəyərləndirilib.
Qeyd edək ki, MDB İstiqraz Konqresi MDB ölkələri və digər inkişaf etməkdə olan ölkələrin borc bazarı mütəxəssislərini bir araya gətirən illik tədbirdir. Əsas müzakirə mövzuları yerli istiqraz bazarlarında mövcud tendensiyalar, avrobond bazarının inkişaf perspektivləri, makro proqnozlar və regionlarda investisiya ideyalarıdır. Konqresin mükafatlandırma mərasimləri 2014-cü ildən etibarən hər il keçirilir.
Unibank builki nominasiyaya ötən ilin noyabrında buraxılan dollar istiqrazlarına görə layiq görülüb. “Azərbaycanda ilkin yerləşdirmə üzrə ən yaxşı əqd” kimi dəyərləndirilən bu emissiya çərçivəsində illik faiz dərəcəsi 8% olmaqla, 12 milyon ABŞ dolları həcmində istiqraz buraxılışı həyata keçirilib. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirilməsində emissiyanın bütün həcmi 23 investor tərəfindən alınmışdı. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir. Bu qiymətli kağızlar hazırda ölkə bazarında dollar valyutasında təqdim olunan ən yüksək gəlirli istiqrazlardandır. Emissiyanın təşkilatçısı və anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC olub.
Qeyd edək ki, “Unibank”ın bütün qiymətli kağızları Bakı Fond Birjasının listinqinə daxil edilib. Bütün səhm və istiqrazların listinqə daxil edilməsi mövcud normativlərə və qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı, bankın dayanıqlı maliyyə, müasir korporativ idarəetmə və şəffaf hesabatlılıq göstəricilərinə malik olmasını nümayiş etdirir.
Unibank-Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat əvvəl
-
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
21 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
21 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 21 saat əvvəl
-
22 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















