Azərbaycanda şirkətlərin sayı 9 faizdən çox artıb
Aktiv kommersiya qurumlarının sayı 13,5 faiz artıb2023-cü ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1 460 991 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 9,4 faiz artıb.
Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 168 653 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 10,1 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13,5 faiz artım qeydə alınıb.
2023-cü ilin iyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 726 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artım deməkdir.
2023-cü ilin 6 ayı ərzində 8 012 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,9 faizi yerli investisiyalı, 12,1 faizi isə xarici investisiyalıdır.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,3 faizi elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 faiz təşkil edib.
Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2023-cü ilin 6 ayında 6 989 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
2023-cü ilin 6 ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 17 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat əvvəl
-
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
21 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
21 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb


















