İyun ayında dünya üzrə ərzaq qiymətləri düşməkdə davam edib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabladığı dünya ərzaq qiymətləri indeksi iyun ayında 122,3 bənd təşkil edib ki, bu da may ayının nəticələrindən 1,4%, 2022-ci ilin martında isə bu göstəricinin pik dəyərindən 23,4% aşağıdır. İllik hesablamada (ötən ilin iyun ayı ilə müqayisədə) qiymətlərin azalması 20,1% təşkil edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında deyilir: “İyun ayında aylıq müqayisədə azalma şəkər, bitki yağları, dənli bitkilər və süd məhsullarının ucuzlaşmasını əks etdirib, ətin qiymət indeksi isə faktiki olaraq dəyişməz qalıb”.
Dünyada taxılının qiyməti iyunda aylıq müqayisədə 2,1%, illik müqayisədə isə 23,9% ucuzlaşıb. Yem taxılları ən çox (-3,4%), Rusiyada ixrac rüsumlarının aşağı salınması və ABŞ-da əkin şəraitinin yaxşılaşması fonunda buğda 1,3% azalıb. Düyü 1,2% ucuzlaşıb.
May ayı ilə müqayisədə süd məhsulları orta hesabla 1% ucuzlaşıb (illik -22,2%). Azalma, Avropa istehsalçıları tərəfindən ixracın artması fonunda beynəlxalq pendir qiymətlərinin aşağı düşməsi ilə əlaqədardır.
Aylıq müqayisədə ətin qiyməti demək olar ki, dəyişməz qalıb, illik müqayisədə isə 6,4% ucuzlaşıb. Mal əti bir qədər ucuzlaşıb, lakin donuz əti (aparıcı istehsalçı rayonlarda təklifin aşağı olması səbəbindən) və quş əti (quş qripinin yayılması ilə bağlı davam edən tədarük problemləri fonunda) bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat əvvəl
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
20 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
21 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















