Ticarət mərkəzi və avtomobil ehtiyat hissələrinin satışı mağazası yanıb
Bu gün Abşeron rayon Mehdiabad qəsəbəsində ticarət mərkəzi yanıb.
Qəsəbənin 28 May küçəsində yerləşən ticarət mərkəzindəki yanğın sürətlə yayılmağa başlayıb. Hadisə yerinə Abşeron, Binəqədi və digər rayonların yanğından mühafizə qüvvələri cəlb edilib və yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın ümumi sahəsi 2240 m² olan üçmərtəbəli mansard tipli tikilidə baş verib. Müxtəlif təyinatlı obyektlərin fəaliyyət göstərdiyi ticarət mərkəzinin 1-ci mərtəbəsindəki marketdə tavan 10 m² sahədə, 6 ədəd məişət avadanlığı, bitişik ümumi sahəsi 40 m² olan dönərxananın yanar konstruksiyaları 20 m² sahədə, taxta konstruksiyalardan ibarət mansard 110 m² sahədə və fasad üzlüyü 40 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
XXX
Həmçinin, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 190 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının sahəsi 12 m² olan anbarının yanar konstruksiyaları və içərisində avtomobil ehtiyat hissələri yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bərdə rayonunun Şatırlı kəndində həyətyanı sahədə 4 ton ot bağlamasının 700 kiloqramı yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























