“Shokki Mokki” “Məktəbim” layihəsinin üzvlərini bir araya topladı
(®) Ölkəmizin ilk milli uşaq markası olan “Shokki Mokki” “Xoşbəxt böyüyən sabahlar” şüarı ilə sosial məsuliyyət layihələrini reallaşdırmağa davam edir.
08 iyul tarixində “Xəyal adası”nda “Məktəbim” layihəsinin üzvləri ilə görüş keçirildi. Adı çəkilən marka UAFA təşkilatı ilə birlikdə “Məktəbim” layihəsi çərçivəsində aztəminatlı, ucqar ərazidə yaşayan və sağlamlıq imkanları məhdud olduğu üçün məktəbəqədər təhsilə çıxışı olmayan uşaqların təhsil ehtiyaclarını alternativ və dayanıqlı şəkildə təmin edir. “Məktəbim” sosial biznesi qadınlar tərəfindən idarə olunan, uşaq yönümlü, inklüziv məktəbəqədər təhsil proqramıdır.
Tədbirdə bir sıra tanınmış blogerlər, ictimai-siyasi və mədəni həyatda fərqlənən qadınlar iştirak edib, təcrübələrini paylaşıblar.
Görüş zamanı qeyd olunub ki, Azərbaycanda 2-6 yaş arası uşaqların yalnız 36%-i məktəbəqədər təhsilə cəlb olunur. Bu qeyri-bərabərlik xüsusilə kənd yerlərində və ucqar ərazilərdə yaşayan, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar arasında özünü büruzə verir. Məhz “Məktəbim” layihəsinin sayəsində ucqar ərazidə yaşayan, əlillik, aztəminatlılıq kimi sosial problemləri olan və məktəbəqədər təhsil imkanı olmayan uşaqlar indi təhsil ala bilirlər. Bu layihədə iştirak edən xanımlar öz təhsil bizneslərini qururlar. Onlara da UAFA tərəfindən məktəbəqədər təhsil üzrə təlimlər keçirilir.
Tədbirdə “Media Balans”ın rəqəmsal marketinq bölməsi tərəfindən xanımlara sosial medianın düzgün istifadə yolları barədə təqdimat nümayiş olunub. Sosial mediada yazılan postların vacib nüansları və digər önəmli sahələr haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, UAFA-nın “Məktəbim” qrupları Bakı, Sumqayıt, Abşeron, Gəncə, Hacıqabul, Lənkəran, Şirvan, Zaqatala kimi şəhər və rayonlarda aktiv fəaliyyət göstərir. Bir il ərzində “Shokki Mokki”nin dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində 24 “Məktəbim” təhsil ocağı yaradılıb ki, nəticədə yüzlərlə azyaşlının təhsil alması təmin edilib. Erkən təhsil mütəxəssisləri tərəfindən hazırlanan Pedaqoji Proqram bu ildən etibarən bütün “Məktəbim” qruplarında tətbiq ediləcək. Beynəlxalq “Addım-addım” yanaşması və milli kurikuluma əsaslanan və inklüziv öyrənməni təmin edən bu proqram, bütün uşaqların fərqli ehtiyaclarına doğru şəkildə yanaşaraq, onların gələckdə daha uğurlu bir fərd olmasına zəmin yaradacaq.
Müştərilərin xəbərləri
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 d. əvvəl
-
-
1 saat əvvəl
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank rəhbər təyinatı ilə bağlı 18 müraciəti uyğun hesab etməyib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəşad Nəbiyev Britaniyaya səfər çərçivəsində “ScaleAI” nümayəndələri ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb
Martın 7-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
Filippində neftin 100 dollar olması ilə bağlı xəbərdarlıq
BVF neft şoku ilə bağlı hazır vəziyyətə keçdi
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb

























