"AzNar": "Aria" sularının mikrobioloji göstəricilərində uyğunsuzluq aşkar edilməyib
"AzNar" QSC Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qablaşdırılmış içməli sularla bağlı aparılan yoxlamaların nəticəsi barədə yaydığı məlumata münasibət bildirib.
Qeyd edək ki, məlumatda "AzNar" QSC-nin istehsalı olan "Aria" məhsulunda (19.09.2022-ci il istehsal tarixli məhsul partiyası) mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edildiyi qeyd edilib.Həmçinin bildirilir ki, suyun mənbəyi İsmayıllı rayonu, "Nar Bulaq" artezian quyusu olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradıb. AQTA-nın göstərişi ilə, uyğunsuzluq aşkar edilmiş məhsul partiyasının ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
"AzNar" QSC-nin törəmə şirkəti olan və adı çəkilən suların satışını həyata keçirən "Aznar Distribution" MMC şirkətinin Baş direktoru Rüfət Nağdəliyev Marja.az-a bildirdi ki, "Aria" məhsulunun mikrobioloji göstəricilərində uyğunsuzluq aşkar edilməyib, məhsul mikrobioloji göstəricilərə tam uyğundur:
"AQTA-nın yaydığı məlumata əlavə edilmiş cədvəldə "AzNar" QSC-nin adının qarşısında "Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib" məlumatı hesab edirik ki, texniki səhv olaraq düşüb. Düzdür, "Aria" su məhsulunun mənbəyi "Nar Bulaq" artezian quyusudur. Məhsulun əvvəlki partiyalarının üzərində dağ şəkli olub. 2-3 ay əvvəl AQTA-nın iradından sonra dağ şəkil etiketdən götürülüb. Qeyd edim ki, etiketdə dağ şəkili İsmayıllı rayonunun simvolu olaraq göstərilib. Artıq etiketlər dəyişdirilib, yeni məhsullarımızın etiketində dağ şəkili yer almır. Bir daha qeyd edirəm, bizim məulun mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilməyib".
"AzNar" "Aria" məhsulunun mikrobioloji göstəricilərə uyğun olduğunu göstərən analizlərin nəticələrini də təqdim edib. Sürətləri ilə aşağıda tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























