Azərbaycanda Halal Biznes və Turizm Forumu keçiriləcək
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.Bakıda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası öz işinə başlayıb.
Açılış mərasimi çərçivəsində ölkəmizdə Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsinə dair Anlaşma Memorandumu da imzalanıb.
Sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İslam Biznesi Beynəlxalq Assosiasiyasının prezidenti Marat Kabayev, ICCIA-nın Baş katibi Yusif Xələvi və “Caspian Event Organisers” MMC-nin icraçı direktoru Bəhruz Hidayətzadə imzalayıblar.
Anlaşma Memorandumu 2024-cü ildə Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsi ilə əlaqəli məsələlər üzrə birgə fəaliyyəti, müştərək layihələrin icrası məqsədilə tədbirlərin keçirilməsi üzrə qarşılıqlı əməkdaşlığı tənzimləyir. Qeyd edək ki, forumun məqsədi İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində özəl sektor arasında əməkdaşlığın daha da genişləndirilməsini təşviq etməkdir. “Eurasiya Development”, MÜSİAD Azərbaycan və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TUİB) forumun tərəfdaşları sırasındadır.
Həmçinin, tədbir çərçivəsində KOBİA və ICCIA arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ICCIA-nın Baş katibi Yusif Xələvi imzalayıblar. Memorandumda Azərbaycan və ICCIA-ya üzv ölkələrin iş adamları, xüsusilə KOB subyektləri arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi məqsədilə məlumat və təcrübə mübadiləsi, KOB-lar arasında əlaqələrin gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili, birgə proqram və layihələrin reallaşdırılması nəzərdə tutulur.
ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının açılış mərasimindəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin İslam Əməkdaşlıq Təşkilatının qurumları ilə əməkdaşlığa önəm verdiyini qeyd edib, ICCIA ilə gələcək əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, KOBİA yerli və xarici biznes dairələri arasında əlaqələrin qurulmasına dəstək göstərir. Agentlik Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən ICCIA-ya üzv ölkələrin investorlarına da dəstək ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 21 d. əvvəl
-
- 24 d. əvvəl
-
28 d. əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib
-
3 saat əvvəl
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
-
3 saat əvvəl
PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
Ən çox oxunanlar
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb






















