Azərbaycan şirkəti Gürcüstanda elit təbəqə üçün lüks avtomobil təqdim etdi - DEBÜT ®
Rolls-Royce Phantom-un yeni nəsli - Phantom II Seriya Gürcüstanda debüt etdiPhantom-un yeni nəsli olan Phantom II Seriya modelini Gürcüstanın Tbilisi şəhərində eksklüziv media qəbulu ilə debüt edib. Tədbiri Rolls-Royce-ın Qafaqazda yeganə dileri olan "Rolls-Royce Motor Cars Baku" təşkil edib.
Dilerin yaydlığı məlumatda bildirilir ki, Rolls-Royce Phantom lüks dünyasının ən zirvəsində misilsiz bir mövqe tutur. Müştərilərin istəklərinə uyğun olaraq, Phantom II Seriya yalnız yüngül toxunuşlu vizual və estetik təkmilləşdirmələri özündə birləşdirir.
Rolls-Royce Motor Cars-ın Mərkəzi/Şərqi Avropa və Mərkəzi Asiya üzrə korporativ kommunikasiyalar Direktoru Frank Tiemann belə şərh edib: “Rolls-Royce-un debütü ilə regionda davamlı biznes inkişafımız üçün Gürcüstanın əhəmiyyətli rolu vurğulanır. Phantom-un yeni nəsili ilə biz müştərilərimizin bu üstün və dəbdəbəli avtomobildə sevdiyi hər amili saxlamış və diqqətlə qorumuşuq; edilən incə, lakin mənalı təkmilləşdirmələr onların inkişaf edən zövqlərini və tələblərini əks etdirir.”
Məsələn, “Pantheon” radiator barmaqlığında edilən incə həndəsi dəyişiklik “RR Badge of Honour” nişanını və “Spirit of Ecstasy” heykəlciyini ön tərəfdən baxanda daha qabarıq edir. Barmaqlığın özü işıqlandırılır, faralar isə mürəkkəb lazerlə kəsilmiş ulduzlu fənərlər ilə bəzədilib - bu, Phantom-un gecə vaxtı görüntüsünü daha da cəlbedici edir. Yan profil yeni təkər dəsti ilə daha da gücləndirilib. Həmçinin üçbucaq üzlü 3D, frezelənmiş, paslanmayan polad təkər dəsti də mövcuddur. Alternativ olaraq, Phantom 1920-ci illərin Rolls-Royce avtomobillərinin romantikasını xatırladan, həqiqətən də zərif disk çarxı ilə bəzədilə bilər.
Phantom-un dəbdəbəli interyeri demək olar ki, dəyişməz olaraq qalır: sükan çarxı bir qədər qalınlaşdırılıb, bu da sahibi-sürücü üçün daha rahat əlaqə nöqtəsini təmin edir.
Phantom və Phantom Extended iki fərqli xarakterə malikdir. Phantom sürücülük oturacağında özləri olmaq istəyən müştərilər tərəfindən seçilir. Arxa oturacaqdan yolu idarə etməyə üstünlük verənlər üçün isə Phantom Extended tam super-dəbdəbəli sürücü ilə idarə olunan təcrübə təklif edir.
Hər bir Phantom, müştərilərin fərdi üslubunu və xarakterini əks etdirən “Bespoke” fərdiləşdirmə üçün “boş kətan” rolunu oynayır.
Tədbirə Qafaqazda yeganə Rolls-Royce dileri olan Rolls-Royce Motor Cars Baku ev sahibliyi etdi. Improtex Motors şirkətinin baş direktoru Bayram Yaqubov vurğuladı: “Markanın zirvə məhsulu kimi Phantom Rolls-Royce müştərilərinin elit təbəqəsini cəlb edir. Müvəffəqiyyətli, öz sahələrində ən yüksəkdə olan qətiyyətli və tələbkar xarakterə malik insanlardı. Phantom həmişə müştərinin istədiyi kimi olub; təkcə “dünyanın ən yaxşı avtomobili” deyil, həm də onlar üçün ən yaxşı avtomobil”.
Rolls-Royce Motor Cars Baku:
Ünvan: Əbdülkərim Əlizadə küç.5, Bakı
Instagram: @rollsroycecarsbaku
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
10 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)









.jpg)






