Dubay şirkəti Rasim Məmmədovun müsadirə olunmuş əmlakı ilə bağlı məhkəməyə müraciət etdiyi bildirilir
Dubay şirkəti “RMH General Trading” DMCC “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun əmlaklarından birinin müsadirədən azad edilməsi tələbi ilə məhkəməyə müraciət etdiyi bildirilir.
Məlumata görə, söhbət Sumqayıt şəhərində yerləşən “Baku Non Ferrous And Foundry Company”dən gedir.
Müraciəti onunla əsaslandırıb ki, “Baku Non Ferrous And Foundry Company”nin təsisçisi “RMH General Trading” DMCC-dir və Rasim Məmmədova heç bir aidiyyəti yoxdur. Xarici şirkət sözügedən əmlakın avadanlıqları ilə birgə müsadirə edilməsinin onların maraqlarına toxunduğunu, mülkiyyət hüququnu pozduğunu qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün prosesual müddətin başa çatdığını əsas gətirərək müraciəti rədd edib. Şirkət qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Lakin bu dəfə də müraciətləri əsassız sayılıb.
Qeyd edək ki, Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsadirə olunub.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 12 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















