Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında 50,7 milyard dollarlıq razılaşmalar imzalandı
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələr üzrə 50,7 milyard dollarlıq razılaşmalar imzalanıb.Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında 50,7 milyard dollarlıq razılaşmalar imzalanıb.
Marja.az xəbər verir ki, bu bardə "T.C İletişim Başkanlığı" məlumat yayıb.
Qeyd edilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün (19 iyul) Birləşmiş Ərəb Əmirliklərinə səfəri münasibətilə, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə 13 sənəd imzalanıb və qəbul edilib.
Bu çərçivədə tərəflər Türkiyə prezidenti və Birləşmiş Ərəb Əmirlikləri prezidentinin sədrliyi ilə “Yüksək Səviyyəli Strateji Şura”nın yaradılması barədə razılığa gəliblər. "Sözügedən Birgə Sazişlə Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib",- məlumatda deyilir.
Qeyd edilib ki, enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsi qərara alınıb. Bu sahələrdə imzalanmış müqavilələrin ümumi məbləği 50,7 milyard dollardır.
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Körfəz turu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
5 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
6 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir






















