Hesab.az və AccessBank Hesab debet kartını təqdim edirlər - ÖDƏNİŞSİZDİR
(®) GoldenPay/Hesab.az və AccessBank ödənişləri daha qazanclı və sərfəli etmək üçün Hesab debet kartını təqdim edir.
Bu kart AccessBank-ın tərəfdaşı olduğu məkanlarda edilən ödənişlər zamanı 30%-dək kəşbək, Hesab.az platforması üzərindən edilən onlayn ödəmələr zamanı isə ikiqat koinlər qazandırır.
Kartda həmçinin SMS bildiriş və 3D təhlükəsizlik funksiyaları da ödənişsizdir. Tezliklə kartda kredit imkanları da istifadəyə veriləcək.
Hesab debet kartı ödənişsizdir və ünvana çatdırılması da ödənişsiz həyata keçirilir.
Kartı Hesab.az mobil tətbiqində və ya veb-saytında Hesab kart bölməsindən sifariş etmək olar: https://hesab.az/#/hesab-card-order
Hesab debet kartını həmçinin AccessBank filiallarına yaxınlaşaraq da sifariş etmək mümkündür. Kartı sifariş etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.
Ölkənin ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
Fəaliyyətə başladığı ilk gündən şirkətin başlıca məqsədi insanların ödəmə vərdişlərini dəyişdirərək vaxta qənaət etmələrinə kömək etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Platforma vasitəsilə kommunal, stasionar və mobil rabitə, internet, bank və mağaza kreditləri, parkinq ödənişləri etmək, onlayn sığorta alışı, kinoteatr biletləri və s. əldə etmək mümkündür.
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
-
29 d. əvvəl
Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək
- 34 d. əvvəl
-
51 d. əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
-
2 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
-
2 saat əvvəl
"Hörmüz boğazının bağlanması Rusiyanın LNG ixracatçılarının gəlirlərini artıracaq"
-
2 saat əvvəl
Qlobal investisiya bankı təbii qaz üzrə qiymət proqnozunu 53% artırdı
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 4-də gözlənilən hava şəraiti
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb
Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir
Rəsmi məzənnələr açıqlandı


























