PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin Naxçıvan nümayəndəlikləri açıldı
(®) 25 iyul 2023-cü il tarixində Naxçıvan şəhərində məskunlaşan əhaliyə peşəkar sığorta xidmətlərinin göstərilməsi məqsədilə ölkənin lider həyat və qeyri-həyat sığorta şirkətləri olan “PAŞA Həyat Sığorta” ASC və “PAŞA Sığorta” ASC-nin rəsmi nümayəndəliklərinin açılışı baş tutub.
Daim müştəri məmnuniyyətinə xüsusi diqqət ayıran hər iki şirkətin təntənəli açılış mərasimində PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin İdarə Heyəti sədrləri Niyaz İsmayılov və Ülviyyə Cabbarova, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan MR İqtisadiyyat naziri Tapdıq Əliyev, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulu Asip Kaya, AR Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin Sədri Elçin Əliyev, Naxçıvan Dövlət Universitetinin Rektoru Dosent Elbrus İsayev, həmçinin digər dövlət nümayəndələri, sahibkarlar və sözügedən şirkətlərin əməkdaşları iştirak ediblər.
Tədbirdə “PAŞA Sığorta” ASC İdarə Heyətinin sədri Ülviyyə Cabbarova deyib:
“Çox şadam ki, PAŞA Sığorta olaraq artıq Naxçıvan əhalisinə peşəkar xidmətlərimizi təqdim edəcəyik. Qeyd edim ki, bu regionda fəaliyyət göstərmək bizim uzun zamandır var olan istəklərimizdən biri idi. Naxçıvan ofisimizin açılışı ilə birgə biz şirkətimizin regional inkişafı istiqamətində vacib bir addım atmış olduq. Qısa zamanda xidmət sahəmizi genişləndirərək işğal altından azad olmuş torpaqlarımızda da ofisimizin açılışını reallaşdırmaq planlarımız arasındadır. Azərbaycanın bütün iqtisadi rayonlarında əhaliyə keyfiyyətli sığorta xidməti təqdim etmək bizim qarşımıza qoyduğumuz əsas hədəflərimizdəndir. İnanıram ki, yeni nümayəndəliklərimizin açılışı inkişaf strategiyamızın həyata keçirilməsi ilə yanaşı, sığorta sektorunun regional böyüməsində də əhəmiyyətli rol oynayacaq”.
“PAŞA Həyat Sığorta” ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov öz çıxışında bildirib:
“Bizim üçün qürurvericidir ki, artıq Naxçıvan şəhərində fəaliyyətə başlayırıq. Daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışan PAŞA Həyat 2021-ci ildən etibarən yeni Rəqəmsal Transformasiya strategiyasını tətbiq edir, belə ki, həyat sığortası sahəsində məhsullarımızı təqdim edərək əhaliyə rahat və keyfiyyətli xidmət göstərməyə tam gücümüzlə çalışacağıq. PAŞA Həyat biznes fəaliyyəti ilə yanaşı korporativ sosial məsuliyyət layihələrinə də önəm verir və bu çərçivədə biznes maarifləndirmə, təhsilə dəstək və digər sosial fəaliyyətlərimiz ilə faydalı olacağımıza əminəm”.
Qeyd edək ki, PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin birgə yeni nümayəndəliyi Naxçıvan şəhəri, Mirzə Ələkbər Sabir küçəsi bina 1D ünvanında yerləşir. Hazırda nümayəndəlikdə ümumi olaraq 5 əməkdaş çalışır.
Tədbirdən sonra hər iki şirkətin nümayəndələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
5 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
10 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
11 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi



















