Vətəndaşlar "SalamDoktor" platforması ilə həkimlərin qəbul növbəsində birinci olacaqlar
Artıq Azərbaycanda, vətəndaşlar "SalamDoktor" telesəhiyyə platforması vəsitəsi ilə ölkənin ən etibarlı həkimlərinin qəbul növbəsində hər zaman birinci olacaqlar.(®) 27 may 2022-ci il tarixdə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və “Salam Doktor” platforması üzərindən əhaliyə xidmət göstərən azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbət ediblər.
Söhbət zamanı Danimarkada yaşayan professor Məsud Aşina yaradılmış şərait və fürsətlər üçün Azərbaycan Respublikası Prezidentinə öz minnətdarlığını bildirmiş və bu texnologiyalarının əsas məqsədinin teletibb imkanından maksimum istifadə edərək hər zaman Qarabağ və Zəngəzur zonasında yaşayan vətəndaşlara tibbi xidmətin göstərilməsi vacib olduğunu qeyd etmişdir.
Prezident İlham Əliyev bu təşəbbüsə qoşulduğu üçün professor Məsud Aşinaya və digər həkimlərə minnətdarlığını bildirmiş və qeyd edilən platformanın həyata keçirilməsində xaricdə yaşayan soydaşlarımız mühüm rolunu vurğulamışdır. Əlavə olaraq, Prezident İlham Əliyev azad edilmiş torpaqları müasir texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyini ifadə etmiş və yüksək texnologiyaların, o cümlədən tibb sahəsində və digər sahələrdə tətbiqinin əhəmiyyətini vurğulamışdır.
Yuxarıda qeyd edilən təşəbbüsün davamı olaraq, ilkin mərhələdə baş ağrısı və miqrendən əziyyət çəkən Ağalı kənd sakinlərinə “Salam Doktor” telesəhiyyə platforması üzərindən və baş ağrıları üzrə ixtisaslaşmış həkim Sərxan Əmirquliyevin dəstəyi ilə professor Məsud Aşina tərəfindən konsultasiya keçirilmişdir.
Ümumilikdə layihə çərçivəsində 200-dən çox sakin baş ağrısı mövzusunda sorğuda iştirak etmişdir. Onların 40%-i müxtəlif növ baş ağrılarından şikayət etdiklərini bildirmişlər. Həmin sakinlər ilə fərdi təkrar konsultasiyalar həyata keçirilərək diaqnozları dəqiqləşdirilmiş və müvafiq tövsiyyələr verilmişdir. Bir qrup sakində isə xroniki baş ağrılarının olması şübhəsi yaranmışdır, bu səbəbdən daha dəqiq diaqnozun qoyulması məqsədi ilə 26 İyul 2023-cü il tarixində həmin sakinlər ilə Professor Məsud Aşinanın görüşü həyata keçirilmişdir.
Onlayn Həkim qəbulu Ağalı kəndi ilə Kopenhagen şəhəri arasında videokonfrans formatında SalamDoktor platforması vasitəsilə baş tutmuşdur.
Bütün bu fəaliyyətlər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat sonra
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)






.jpg)





