“Kubinka”da qəzalı evlərin yerinə MÜASİR KOMPLEKS – VİDEO
(®) Paytaxtın “Kubinka”, “Papanin” kimi əraziləri dedikdə, ilk ağılagələn köhnə, sınıq-salxaq evlərdir. Bu vəziyyət təkcə şəhərin estetik görüntüsünü korlamır, eyni zamanda orada yaşayan sakinlərin də sağlamlıqları, həyatları üçün ciddi təhlükə yaradır.
İlk növbədə ona görə ki, darısqal, rütubətli otaqlar əməlli başlı xəstəlik mənbəyidir. Eyni zamanda Bakının sesysmik cəhətdən aktiv zonada yerləşdiyi də hər birimizə bəllidir. Yəni, mümkün zəlzələ zamanı bu evlərdə yaşayan insanların həyatı üçün ciddi təhlükələr meydana çıxacaq.
Xüsusən də, Yasamal rayonunun “Kubinka” adlanan ərazisində yaşı 200-ə yaxın olan evlər belə var.
Bu səbəbdəndir ki, bu ərazidə yaşayan əhalinin böyük əksəriyyəti hazırki mənzillər yerinə, yeni, müasir kompleksdə yaşamaq istəyirlər.
İstismar müddəti bitmiş evlərin söküntüsü ilə bağlı işlər isə davam edir. Əksər sakinlərlə ərazidə yeni kompleks inşa etməyi planlaşdıran “RR Construction” şirkəti arasında artıq razılıq əldə olunub.
Müvafiq kompensasiya qarşılığında onlar evlərini təhvil veriblər. Eyni zamanda sözügedən ərazidə tikiləcək yeni komplekslərdə sakinlər evlə təmin olunacaq. Üstəlik, yeni kompleks hazır olana qədər şirkət tərəfindən onlara kirayə üçün vəsait də müntəzəm qaydada ödənilir, köçürmə xərcləri “RR Construction” tərəfindən qarşılanır.
Artıq tamah baş yarar...
Lakin söküntü işləri xeyli ləng gedir. Səbəb isə budur ki, bəzi sakinlər söküntü işlərini aparan və həmin ərazilərdə tikinti işlərinə başlayacaq şirkətlə razılaşmaq istəmir, evlərin dəyərindən qat-qat artıq kompensasiya almaq istəyirlər.
Əldə etdiyimiz məlumata görə, sakinlər arasında evlərinin hər kvadratmetri üçün şirkətdən nə az, nə çox 4-5 min manat tələb edənlər də var.
“RR Construction” şirkətinin rəhbəri Rafael Abdullayevin sözlərinə görə, 230 ailədən 185-i ilə razılıq əldə olunsa da, qalan ev sahibləri əlavə ödəniş tələb etdikləri üçün işlər xeyli ləngiyib.
Sözügedən ərazidə yeni mənzillərin bazar qiyməti hər kvadratmetr üçün 2 min manat olsa da, bəzi sakinlər köhnə evləri üçün 2-3 qat ödəniş tələb edirlər.
Bəzi dəllalar isə fürsətdən istifadə etməyə çalışıb, evini şirkətə satmayan sakinləri daha çox kompensasiya əldə etməyə şirnikləndirirlər. Onlar mənzil sahiblərinə müxtəlif vədlər verərək, sakinlərin şirkətdən alacağı pullardan pay sahibi olmağı hədəfləyirlər.
İşlərin yubanması isə ilk növbədə “Kubinka”nın digər, yəni şirkətlə razılıq əldə etmiş sakinlərinə ziyan vurur. Bu cür vəziyyət söküntü işlərinin ləngiməsinə səbəb olmaqla yanaşı, şirkətlə razılaşan çoxsaylı vətəndaşlarda da narazılıq yaradır. Çünki söküntü işləri yekunlaşmamış, tikintiyə start vermək mümkün deyil. Belə olan halda, onlar hələ kirayə evlərində yeni tikiləcək kompleksdən alacaqları evləri daha uzun müddət gözləməli olurlar.
“İstismar müddətini başa vurmuş evlər sökülməli, yeni binalar tikilməlidir”.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc bildirib ki, sakinlər uzun müddətdir bu ərazilərdəki sıxlıqdan qurtulacaqlarını gözləyirdilər:
“Onlar yeni binalarda yaşayacaqlarını ümid edirdilər. Hesab edirəm ki, bu proses Bakı şəhərinin yenidən gözəlləşməsinə və daha da yaxşılaşmasına səbəb olacaq. Bu cür işlər şəhərin digər ərazilərində də başlamalıdır. İstismar müddətini başa vurmuş evlər, eləcə də kiçik mərtəbəli binalar sökülməli, əvəzində isə müasir standartlara cavab verən hündürmərtəbəli binalar tikilməlidir”.
“Sakinlər komfortlu mənzillərlə təmin olunacaqlar”
Keçmiş “Kubinka” və “Papanin” qəsəbələrində tikiləcək binaların şəhərə yeni görkəm verəcəyini söyləyən ekspert düşünür ki, burada yaşayan vətəndaşların da yeni tikililərdə mənzillə təmin olunması ədalətli yanaşmadır:
“Onlar həm yaşadıqları ərazilərdə həyatlarına davam edəcəklər, həm də yeni və komfortlu mənzillərlə təmin olunacaqlar ki, bu da dövlətimizin mahiyyətinə uyğundur. Çünki, Azərbaycan öz vətəndaşının sosial rifahının yüksəldilməsi və sosial əldalətin təmin olunması istiqamətində addımlar atır və layihələr həyata keçirir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 d. əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
-
15 d. əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 25 d. əvvəl
- 30 d. əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı






















