Birjalarda son vəziyyət - AVRONUN BAHALAŞMASI DAVAM EDƏ BİLƏR
Birjalar sıx makroiqtisadi məlumatların yaşandığı həftələrdən birini də arxada qoydu.
İyulda ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərinin sayı 187 min nəfər artdı, işsizlik səviyyəsi isə 3.5%-ə düşdü. Orta həftəlik iş saatı 34.3-ə düşərkən, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) diqqətlə izlədiyi orta saatlıq qazanclar 0.4% artaraq 33.74$-a yüksəldi.
İyul ayı məşğulluq hesabatını qiymətləndirən ABŞ prezidenti Co Bayden ölkədəki işsizlik nisbətinin rekord aşağı səviyyələrə yaxınlaşdığını ifadə edərək, işlə təmin olunan əmək qabiliyyətli amerikalıların nisbətinin son 20 ilin ən yüksək səviyyədə olduğunu vurğuladı.
Bayden, vəzifəyə gəldiyi gündən bəri 13.4 milyon iş yeri yaratdıqlarına və işsizlik səviyyəsinin son 1.5 ildə 4%-dən aşağı olduğuna diqqət çəkdi.
Analitiklər bildiriblər ki, güclü maaş artımları və işsizlik səviyyəsinin aşağı düşməsi əmək bazarında sıxlığın davam etdiyini göstərir.
Ötən ay ölkə iqtisadiyyatının gözləntilərin altında məşğulluq təmin etdiyini qeyd edən analitiklər, buna baxmayaraq, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasətinin sərtləşdirmə dövründə iqtisadiyyatı tənəzzüldən qorumaq üçün kifayət edəcək sürəti qoruduğunu ifadə ediblər.
Ötən həftə həmçinin, Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"dan "AA+"-a endirib və proqnozu mənfidən sabitə dəyişdi.
FED rəsmilərinin açıqlamalarına gəldikdə isə Atlanta FED sədri Rafael Bostic, Bankın 2024-cü ilə qədər məhdudlaşdırıcı zonada olma ehtimalının yüksək olduğunu bildirib.
ABŞ-da məşğulluq artımlarının müntəzəm olaraq yavaşladığına diqqət çəkən Bostic, daha çox faiz artımına ehtiyac olmadığını müdafiə etdi.
Çikaqo FED sədri Austan Qulsbi də əmək bazarının soyumağa baxmayaraq güclü qaldığını vurğulayaraq, inflyasiyada da ümidverici məlumatların alındığını bildirib.
Qulsbi, “Fitch Ratings”-in ABŞ-ın reytinqini aşağı salmasından da söz açıb və bunun bir fərq yaratacağını düşünmədiyini bildirib.
Ötən həftə 102.89 bənd həddinə kimi yüksələn dollar indeksi, burada müqavimətlə qarşılaşaraq, yenidən 102.00 bənd səviyyəsinə kimi gerilədi və həftəni bu səviyyədə başa vurdu.
Cari həftə ərzində isə Amerikada dərc olunacaq inflyasiya göstəriciləri DXY-da tendensiyanın gedişində həlledici rol oynaya bilər.
EUR
Ötən həftə 1.09$ həddini test etdikdən sonra 1.10$-a kimi yüksələrək həftəni tamamlayan EUR/USD məzənnəsində qiymətlər 1.10$ səviyyəsinin üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər.
Cari həftə ərzində Avropa Mərkəzi Bankının (AMB) aylıq hesabatı və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
GBP
Ötən həftə İngiltərədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, analitiklərin proqnozları ilə üst-üstə düşərək, 53.7 bənd səviyyəsindən 51.5 bənd səviyyəsinə qədər zəifləyib.
Dollar qarşısında ötən həftə 1.2620 hədlərindən dəstək görərək 1.2750 hədlərinə kimi bahalaşan GBP/USD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə açıqlanacaq ÜDM göstəricilərini diqqət mərkəzində saxlayacaqlar.
İngiltərə Mərkəzi Bankı cari rübdə Böyük Britaniyanın ÜDM artımını 0.8% təşkil edəcəyini proqnozlaşdırır.
Qurumun hesabatına əsasən, ölkə iqtisadiyyatı son rübdə 0.1% artım göstərib, baxmayarak ki, dinamikanın dəyişməyəcəyi proqnozlaşdırılırdı.
Bu il olduğu kimi, növbəti ildə tənzimləyici Böyük Britaniyada ÜDM-in 0.5%, 2025-ci ildə isə iqtisadiyyatın 0.25% artacağını ehtimal edir.
Eləcə də ölkədə inflyasiyanın ilin sonuna kimi 2022-ci ildəki 10.75%-dən təxminən 5%-ə qədər zəifləməsi proqnozlaşdırılır.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin alanlitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 d. əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
-
15 d. əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 25 d. əvvəl
- 30 d. əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı






















