AQTA ilə "Rosselxoznadzor" arasında müzakirə olub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüş zamanı iki qurum arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq və Rusiya Federasiyasından ölkəmizə ixrac olunan yüksək riskli qida məhsullarını istehsal edən müəssisələrin qeydiyyatı və təsdiqi məsələləri müzakirə olunub.
Rusiya Federasiyası istehsalçılarının qeydiyyata alınması prosesinin beynəlxalq standartlara uyğun aparıldığı vurğulanıb və prosesin gedişindən məmnunluq ifadə edilib.
Həmçinin Agentlik tərəfindən Rusiya Federasiyasından idxal olunan “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq filesi məhsulunda aşkarlanan uyğunsuzluqla bağlı qoyulan müvəqqəti qadağanın aradan qaldırıldığı vurğulanıb. Eyni zamanda, “RESURS-YUQ” MMC-nin istehsalı olan toyuq məhsulunda aşkarlanan uyğunsuzluqla bağlı qoyulan müvəqqəti qadağanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görüldüyü önə çəkilib.
AQTA sədri "Rosselxoznadzor"un rəhbəri tərəfindən bu ilin oktyabr ayında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində iki ölkənin müvafiq qurumları arasında bitki və heyvan sağlamlığı ilə bağlı keçirilməsi planlaşdırılan tədbirə dəvət olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























