SAB-ın dillərə dastan Gəncə və İrəvan Xan dovğası

(®) Dünyanın ən zəngin və dadlı mətbəxlərindən olan Azərbaycan mətbəxi ölkənin çoxəsrlik mədəniyyətinin ayrılmaz parçasıdır. Azərbaycan mətbəxi müasir Azərbaycan Respublikası, Cənubi Azərbaycan (hazırda İranın şimal əyalətləri), İrəvan xanlığı, Zəngəzur və Göyçə (hazırkı Ermənistan), Borçalı (Gürcüstan), Dərbənd (Dağıstan Muxtar Respublikası) və bölgənin digər ərazilərində yaşamış əcdadlarımız tərəfindən minilliklər boyunca formalaşdırılmışdır. Azərbayan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinsonun (17-ci əsrdə) yazdığına görə, Şamaxıda xanın verdiyi qonaqlıqda "əvvəlcə 140 növ yemək gətirdilər. Sonra süfrə yığışdırıldı, təzə süfrə salındı və yenidən 150 növ yemək və çərəz gətirdilər".
Məlumdur ki, Azərbaycan kulinariyası öz tarixi kökləri, özünəməxsusluğu, habelə yüksək dad-tam keyfiyyətləri ilə digər xalqlardan xeyli fərqlənir. Azərbaycanı səyahət etdikcə hər bölgənin özünə məxsusluğu insanda qəribə təəssürat yaradır. Hətta insanlar öz aralarında söhbət edərkən belə haralısan sualına cavab aldıqda həmin məmləkəti məhşur edən bir təamın adını çəkirlər. Maraqlısı odur ki, Azərbaycanın elə rayonu, şəhəri yoxdur ki, ora hansısa bir meyvə və ya yemək növü ilə anılmasın. Tarix boyu ticarət karvanlarının və hərbi yolların Azərbaycan ərazisindən keçməsi ölkəmizin mətbəxinə müəyyən təsir göstərmişdir. Qədim zamanlarda tərəkəmə camaatının, habelə yaylaqlara, qışlaqlara köç edən həmyerlilərimizin təbiətdə bitən yabanı şəfalı otlardan istifadə etməklə hazırladıqları dadlı yeməklərin tarifləri günümüzədək gəlib çatmışdır. Hələ ötən zamanlarda kəndlilərin Azərbaycanın qədim və ayrılmaz diyarı olan Zəngəzur, Gəncə, Daşkəsən, Gədəbəy bölgəsində olan yaylaqlara, habelə tarixi türk torpağı olan İrəvana üz tutması nəticəsində insanlar köç zamanı yabanı otlarla qısa zaman ərzində hazırlanan yeməklərlə qidalanırdılar. Bunlardan isə ən başlıcası dovğa idi. Çünki, yaylaqlara köç edən əhalinin mal-qarası olması səbəbilə ağartı məhsullarına sahib idilər və zəngin təbiətimizdə yetişən şəfalı otlardan (cincilim, turşəng, çuğundur yarpağı, dağ keşnişi, pencər, yarpız, baldırğan və s) istifadə etməklə dadından doyulmaz dovğa hazırlanırdı. Zamanla həm isti, həm də soyuq yeyilməsi ilə insanların sevimli xörəyinə çevrilən dovğa sözügedən tarixi əfsanələr və bişirilmə teksturası nəticəsində bölgələrə uyğun olaraq Gəncə və İrəvan dovğası adlanmağa başladı.
Bu məqsədlə, ölkəmizdə ət və süd məhsulları sektorunun lider şirkəti kimi sağlamlıq, halallıq, dad və yenilik qaynağına çevrilən, ən müasir texnoloji avadanlıqlara, laboratoriyalara, istehsal sexlərinə, anbarlara, daşınma sistemlərinə, habelə 300-dən çox yüksək ixtisaslı işçi heyətinə, ən əsası 25 illik təcrübəyə sahib olan SAB (“Zəhmət-Ruzi” MMC) Gəncə və İrəvan dovğasının hazırlanmasının qədim üsullarının bəzi spesifik xüsusiyyətlərini saxlamaqla, o cümlədən həmin qaydada bişirməklə qədim zamanlardan bəri analarımızın və nənələrimizin hazırladığı o nəfis dadları bizə yenidən xatırladır. Ekoloji təmiz və təbii süddən hazırlanmış süd məhsullarından (qatıq və qaymaq), habelə qatqısız, konservatsız keyfiyyətli məhsullardan istifadə etməklə (noxud, nişasta, düyü, un, yumurta, duz, göyərti, maya, su) dadından doyulmaz Gəncə və İrəvan Xan dovğası ilə süfrələrimizin əvəzolunmaz, ələlxüsusda ən dadlı təamlarından birinə çevrilmişdir.
Zəngin Azərbaycan mətbəxi və SAB-ın dillərə dastan Gəncə və İrəvan Xan dovğası haqqında çox danışmaq olar. Amma atalar demişkən min dəfə eşitməkdənsə bir dəfə görmək-dadmaq yaxşıdır. Nuş olsun!
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
6 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
7 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
11 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
12 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
12 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
