Şərabların bahalaşması üçün üzüm bağları məhv ediləcək
Fransa hökuməti şərabın spirtə çevrilməsi üçün pul ödəyəcək.
Fransanın Kənd Təsərrüfatı Nazirliyi və Avropa İttifaqı satışların azalması səbəbindən ölkədə şərabçılığın dəstəklənməsi proqramına 215 milyon avro ayıracaq. Bu, şərabın, ətir və ya əl təmizləyiciləri hazırlamaq üçün istifadə edilə bilən etanola distillə edilməsini nəzərdə tutur.
Marja.az Forbes-ə istinadən xəbər verir ki, fransız şərablarına tələbatın azalması, xarici bazarlarda rəqabət və pandemiya ilə bağlı uzun müddət davam edən problemlər Bordo və Lanqedok bölgələrindəki şərabçıları o qədər vurub ki, hökumət şərabın digər məhsullara emalına və hətta üzüm bağlarının kəsilməsinə subsidiya ayırmalı olur.
Yalnız Bordoda ümumi əkin sahəsinin 8%-i (9,2 min hektar) üzüm bağı məhv edilməlidir. Beləliklə, Fransada şərab istehsalçılarının məhsullarının qiymətlərini dəstəkləməyə ümid edirlər. Onun həddindən artıq istehsalı bəzi şərabların qiymətlərinin 20% ucuzlaşmasına səbəb olub.
Fransada qırmızı şərab istehlakı son 10 ildə 32% azalıb. Azalma əsasən digər içkilərə üstünlük verən gənclər arasındadır.
“Forbes” yazır ki, bu il Avropa ölkələrində şərab satışının əhəmiyyətli dərəcədə azalması, digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişə ilə bağlı ərzaq qiymətlərinin artması ilə bağlıdır. İstehlak İspaniyada 10%, Almaniyada 22%, Portuqaliyada 34% azalıb. İnsanlar ərzaq qiymətləri artdığından şərab alışına pul xərcləməyi azaldıblar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
7 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
9 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
10 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
10 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
