Toyota sistem nasazlığından sonra zavodlarının fəaliyyətini bərpa edib

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” sistem nasazlığı ilə əlaqədar istehsalın dayandırıldığı zavodlarının fəaliyyətini bərpa edib.
Marja.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Səhər növbəsindən etibarən 14 zavoddan 12-si adi qaydada işləyir. Fukuoka və Kyoto prefekturalarında olan 2 zavod günün sonuna qədər işini bərpa edəcək.
Avqustun 29-da səhər saatlarında nasazlıq Toyota-nın Yaponiyadakı demək olar ki, bütün istehsal müəssisələrini dayandırıb. Fukuoka prefekturasındakı zavodda yalnız iki xətt və Kiotodakı Daihatsu törəmə zavodunda bir xətt işləməyə davam edib.
Toyota problemin səbəbini araşdırmaqda davam edir. Şirkət bunun kiberhücum nəticəsində baş verdiyinə inanmır. Toyota müştərilərdən və təchizatçılardan üzr istəyib.
2022-ci ilin mart ayında Yaponiyadakı bütün Toyota zavodları hissələrin təchizatçısı Kojima Industries sistemlərinə edilən kiberhücum səbəbindən bağlanmışdı. Sonra bir gün ərzində müəssisələrin işini bərpa etmək mümkün olmuşdu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
-
32 d. əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 33 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı
Ən çox oxunanlar

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
