Putin Məhəmməd bin Salman Əl Səud ilə danışıb
Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səud ilə telefonla danışıb.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vəliəhd Rusiya tərəfinə Səudiyyə Ərəbistanının BRICS-ə qoşulmaq istəyini ardıcıl dəstəklədiyinə görə təşəkkür edib.
Rusiya prezidenti öz növbəsində Səudiyyə Ərəbistanı rəhbərliyini BRİCS-in Yohannesburq sammitində qəbul edilmiş müvafiq qərarla bağlı ürəkdən təbrik edib və vəliəhd şahzadəni Rusiyanın 2024-cü ildə BRİCS-ə sədrliyinin prioritetləri barədə məlumatlandırıb.
Tərəflər OPEC Plus formatı çərçivəsində ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və qeyd ediblər ki, neft hasilatının azaldılması üzrə konkret sazişlər xammal tədarükünü məhdudlaşdırmaq üzrə könüllü öhdəliklərlə birlikdə qlobal enerji bazarını sabitləşdirməyə imkan verib.
Liderlər Rusiya ilə Səudiyyə Ərəbistanı arasında çoxşaxəli əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, ticarət, iqtisadiyyat, nəqliyyat, logistika və investisiya sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı bir sıra aktual məsələləri nəzərdən keçiriblər.
Onlar şəxsi təmaslarını davam etdirmək barədə razılığa gəliblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
12 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)








