Məhdud sayda xalçalar istehsal ediləcək -Tərəfdaşlıq
“Azərxalça” və “AZCHEMCO” şirkətləri milli mədəni dəyərin – xalçaların ölkə hüdudlarından kənarda təbliği sahəsində əməkdaşlığa başlayıblar.
Tərəfdaşlıq çərçivəsində "Azərxalça" şirkəti “AZCHEMCO” şirkətinin loqosu olan məhdud sayda xalçalar istehsal edəcək. Gələcəkdə şirkət bu xalçaları öz tərəfdaşlarına, o cümlədən çoxlu sayda iri beynəlxalq şirkət və assosiasiyalara təqdim etməyi planlaşdırır.
5 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin əsas məqsədləri xalça istehsalı və ixracı zamanı Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və inkişafıdır. Sənətkarlığa olan bu sadiqlik xalçaçılığın yaradıcılıq prosesinə hörməti simvolizə edən və əl ilə toxunulmuş xalçaların əzəmətində, ruhlandırıcı poeziyasında və kulinariyamızın misilsiz şah əsərlərində təzahür edən “Əllərinizə sağlıq” ifadəsi ilə səsləşir.
“AZCHEMCO” MMC ölkədə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə əsaslanaraq dəstəklənməsi, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, ərzaq məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, ölkədə gübrələrin və bitki mühafizə vasitələrinin istehsalı, eləcə də onlardan düzgün istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması sahəsində layihələr həyata keçirir.
Şirkətlərin bu təşəbbüsü milli sərvət olan Azərbaycan xalçalarının populyarlaşdırılması məqsədi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






