Səudiyyə Ərəbistanının karqo şirkəti səhmlərinin ilkin kütləvi təklifinə hazırlaşır
Səudiyyə Ərəbistanının karqo şirkəti " SAL Saudi Logistics Services Co" Ər-Riyadda ilkin kütləvi təklif (İPO) ilə 2,54 milyard riyal (678 milyon dollar) cəlb etməyi hədəfləyir.
Marja.az xəbər verir ki, "SAL Saudi Logistics Services Co. şirkətinin səhmdarları "Saudi Arabian Airlines Corp" və "Tarabot Air Cargo Services Ltd" şirkətilərinin yaydığı birgə açıqlamaya görə, karqo şirkətinin səhmlərinin 30 faizinə bərabər gələn 24 milyon ədəd səhm 98 riyal (26,13 dollar) ilə 106 riyal (28,26 dollar) arasında dəyişən qiymətlərlə ictimaiyyətə təqdim olunacaq. Qiymət diapazonu şirkətin qiymətləndirməsinin 8,48 milyard riala (2,26 milyard dollar) qədər çıxa biləcəyini göstərir.
İnstitusional investorlar oktyabrın 1-dək, fərdi investorlar oktyabrın 11-dən oktyabrın 13-dək IPO-da iştirak edə bilərlər.
Hazırda"Saudi Arabian Airlines Corp" SAL-ın 70 faizinə, "Tarabot Air Cargo Services Ltd" isə 30 faizinə sahibdir.
Səudiyyə Ərəbistanının karqo şirkəti "SAL Saudi Logistics Services Co"nun təklifi ilə Krallıqda IPO bazarının canlanması gözlənilir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat sonra
-
- 6 d. əvvəl
- 16 d. əvvəl
-
23 d. əvvəl
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
- 32 d. əvvəl
- 38 d. əvvəl
-
55 d. əvvəl
Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib
Azərbaycan neftinin son qiyməti
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
eBay 800 əməkdaşını işdən azad edəcək






















