İstiqrazların tədavül və ödənilmə müddətləri istiqraz mülkiyyətçiləri və Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla dəyişdiriləcək
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtlərində dəyişiklik edilib.
Marja.az xəbər verir ki, bu gün Azərbaycan Prezidenti bu barədə Fərman imzalyıb.
Dəyişikliyə görə, Şərtlərə aşağıdakı məzmunda 10-cu hissə əlavə edilib:
“İstiqrazların bu Şərtlərin 3 – 5-ci hissələrində nəzərdə tutulan tədavül və ödənilmə müddətləri “Aqrarkredit” QSC tərəfindən istiqraz mülkiyyətçiləri və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla dəyişdirilə bilər.”
3-cü bəndə edilən dəyişikliyə görə, bu Şərtlərin 10-cu hissəsi nəzərə alınmaqla, istiqrazlar 30 il müddətinə, gəlirliliyi 0,15 illik faiz dərəcəsi ilə buraxılır.
4-cü bəndə edilən dəyişikliyə görə, istiqrazlara mülkiyyət hüququ əldə edildiyi gündən başlayaraq istiqrazlar üzrə əsas borc ödənişinə 5 illik güzəşt dövrü tətbiq edilir. 5 illik güzəşt dövrü bitdiyi gündən başlayaraq əsas borc üzrə ödənişlər hər növbəti ilin dekabr ayının sonunadək ödənilmək bu Şərtlərin 10-cu hissəsinə uyğun olaraq fərqli qayda nəzərdə tutulmadığı halda 25 il ərzində bərabər hissələrlə həyata keçirilir.
5-cü bəndə edilən dəyişikliyə görə, istiqrazlar üzrə faiz ödənişlərinə güzəşt tətbiq edilmir və bu Şərtlərin 10-cu hissəsinə uyğun olaraq fərqli qayda nəzərdə tutulmadığı halda bu ödənişlər istiqrazlara mülkiyyət hüququ əldə edildiyi gündən başlayaraq hər ilin dekabr ayının sonunadək 30 il ərzində həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 10 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"



















